Bakıda avtomobillərdən oğurluq etmiş şəxslər yaxalandı

Bakıda avtomobillərdən oğurluq etmiş şəxslər yaxalandı
12:04 8 Noyabr 2016
65 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda oğurluqla məşğul olan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da Bakı şəhər sakinləri Kamran Hacıyevə məxsus "ZİL-130" və Xəyal Cabbarova məxsus"QAZel" markalı avtomobillərdən akkumlyator oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Elmar Hüseynli və Bəxtiyar Camalov tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların iyunun 26-da Qalib Ziyadova məxsus "Nissan" markalı avtomobildən 850 manat pul, noyabrın 1-də Kərəm Cəfərova məxsus "VAZ-2106" markalı avtomobildən 500 manat pul, mobil telefon və maqnitofon oğurlamaları da müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR