İranı idarə etmiş Azərbaycan Qacar Xanədanının son varisi Şahzadə Babək Mirzə Azərbaycana gəlib.
Azvision.az-ın məlumatına görə, o, İstanbul səfərindən sonra
Bakıya təşrif buyurub.
Şahzadə Babək Mirzə İstanbulda Türkiyəni özünün ikinci vətəni
adlandırıb və xanımının türk olduğunu bildirib.
İranı uzun müddət idarə edən, 1925-ci ildə Qərb dairələrinin
intriqası nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış Azərbaycan
əsilli Qacar Xanədanı varisinin geniş ictimaiyyət qarşısına çıxması
yüksək qiymətləndirilir.
Şahzadə Bakını gəzib, şəhərlə tanış olub. O, Azərbaycanın
paytaxtına heyran qaldığını deyib.