“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli milli komandasına çağırılıb. Fanat.Az xəbər verir ki, o, Albaniyanın 26 nəfərlik heyətinə kapitan kimi dəvət alıb.
Albanlar noyabrın 12-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İsrail yığmasını qonaq edəcəklər.
Qeyd edək ki, Aqolli “Qarabağ”dan millilərə çağırılan 12-ci oyunçu olub. Ağdam klubunun 8 üzvü Azərbaycanın əsas, 2 oyunçusu U-21 yığmasına çağırılıbsa, qapıçı İbrahim Şehiç də Bosniya və Herseqovina millisinə dəvət alıb.
Fanat.Az