Rusiya ABŞ-a nota verdi

Rusiya ABŞ-a nota verdi
12:22 8 Noyabr 2016
116 Dünya
Ölkə mətbuatı
A- A+

Rəsmi Moskva rusiyalı diplomatların ABŞ-da seçki məntəqələrinə daxil olmasının məhdudlaşdırılması ilə bağlı qarşı tərəfə nota təqdim edib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, ABŞ-ın bu qərarı qəbuledilməzdir. 

"Bizim diplomatları qorxutmaq cəhdləri mövcuddur. Nəzərə almaq lazımdır ki, diplomatlarımız daxili siyasi şərait ilə yaxından tanış olmaq üçün Vyana konvensiyasının müddəalarına tam uyğun olaraq diplomatik funksiya yerinə yetirirlər".

Qeyd edək ki, ABŞ Dövlət Departamenti nota təqdim edərək rusiyalı diplomatlara özbaşına seçki məntəqələrinə yaxınlaşmamalarını tövsiyə edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR