Bağlanan bankların əmanətçilərinə 125 miyon manat kompensasiya ödənilib

Bağlanan bankların əmanətçilərinə 125 miyon manat kompensasiya ödənilib
12:24 8 Noyabr 2016
91 Digər
Ölkə mətbuatı
A- A+

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 7 noyabr tarixdə 4 bank üzrə ümumilikdə 124 miyon 939 min manatdan artıq kompensasiya ödənilib.

 

 

Fondun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, belə ki,  “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 756 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 242 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  26 milyon 925 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 016 min manatdan artıq kompensasiya ödənilib.

 

 

Noyabrın 7-də “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 179 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 880 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon manatdan artıq kompensasiya ödənilib.

 

Bundan başqa, “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 117 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon manatdan artıq kompensasiya ödənilib.

 3 bank üzrə ümumilikdə 145 milyon manatdan artıq kompensasiya ödənilib.

 

7 noyabr tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə də 394 milyon 613 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 680 milyon 760 min manatdan artıq kompensasiya   ödənilib.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR