İkiqat dünya çempionu qətlə yetirildi - FOTO/VİDEO

İkiqat dünya çempionu qətlə yetirildi - FOTO/VİDEO
12:38 8 Noyabr 2016
182 İdman
Ölkə mətbuatı
A- A+

Kikboksinq üzrə ikiqat dünya çempionu Cəbrayıl Cəbrayılov Rusiyanın paytaxtı Moskvada qətlə yetirilib.

Publika.az xəbər verir ki, idmançını qətlə yetirən 31 yaşlı Şimali Qafqaz sakini saxlanılıb. Rusiya Daxili işlər nazirliyinin rəsmi nümayəndəsi İrina Volkun sözlərinə görə, qatil Bakıya qaçarkən tutulub.

“Cənub-qərb rayonunda ticarət mərkəzinin park ərazisində xarici maşında silahla vurulmuş 29 yaşlı kişinin cəsədi tapılıb. Ölənin şəxsiyyəti müəyyənləşib, kikboksinq üzrə iki qat dünya çempionudir”, - İrina Volk deyib.

O əlavə edib ki, Cəbrayılovu öldürən onunla şəxsən tanış olub. İlkin məlumatlara görə, onlar ticarət mərkəzinə birlikdə gəliblər. Maliyyə məsələlərinə görə maşında onlar arasında mübahisə olub. Nəticədə, Cəbrayılov Makarovla sinəsindən vurulub və şübhəli qaçıb.

Moskva polisi qatili Şeremetyovo hava limanında Bakıya qaçarkən saxlayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR