Seda Sayan evləndirdiyi cütlüyü aldatdı - foto

Seda Sayan evləndirdiyi cütlüyü aldatdı - foto
12:41 8 Noyabr 2016
375 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Seda Sayan ona qarşı söylənilən iddialara cavab verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 5 il öncə müğənninin verilişinə qatılan Asiyə və Rəsul Ayrıça evləndikdən sonra ev alacağına söz verən Seda hələ də sözünün üstündə durmayıb.

Cütlük iddia edir ki, üstündən 5 il keçməsinə, hətta, 3 yaşında övladlarının dünyaya gəlməsinə baxmayaraq, ifaçı verdiyi sözü tutmayıb.

"Biz hələ də kirayə evdə qalırıq. Seda Sayanı Qaziantepə dəvət edirik", - deyə Rəsul Ayrıç bildirib.

Müğənni isə ona qarşı deyilənlərlə razı deyil:

"Haqqımda çıxan bu çirkin xəbərlərin yayılmaması üçün açıqlama vermək məcburiyyətində qaldım. İllər öncə verdiyim sözü tutmamaq kimi gəzən şayiələr xalqımın mənə olan etibarını azalda bilər. Düzdür, mən 5 il öncə həmin cütlüyə ev söz verdim və köməkçilərim də şahiddirlər ki, Tokidən onlara 3 otaqlı ev aldım. Amma onlar evi bəyənmədilər və daha yaxşısını istədilər. Bu hərəkətləri məni çox əsəbləşdirdi və mən evi həqiqətən ehtiyacı olan başqalarına verdim".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60717

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR