Məşhur model evli iş adamı ilə sevgilidir? - FOTO

Məşhur model evli iş adamı ilə sevgilidir? - FOTO
12:47 8 Noyabr 2016
323 Maraqlı
Ölkə mətbuatı
A- A+

Model-aparıcı Çağla Şikelin evli iş adamı ilə sevgili olması barədə yayılan şayiələr Türkiyə gündəmini zəbt edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, modelin iş adamı Mahmut Ziyla ilə eşq yaşadığı iddia edilib.

Müğənni Emre Altuğdan ötən il boşanan Şikel mətbuatda dərc edilən məlumatları təkzib edib:

"Yayılan xəbərlər əsassızdır. Xəbəri yazmazdan əvvəl araşdırılmasını, özəl həyatıma hörmət göstərilməsini xahiş edirəm". 

Məsələ ilə bağlı M. Ziylanın vəkili açıqlama yayıb.

"Xəbər yalandır. Mövzu ilə bağlı ictimaiyyətin düzgün məlumatlandırılmasını xahiş edirik", - deyə vəkil bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/487394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR