Azərbaycanlı ilə fransız zalı ayağa qaldırdı - FOTOLAR

Azərbaycanlı ilə fransız zalı ayağa qaldırdı - FOTOLAR
12:48 8 Noyabr 2016
87 Şou
Ölkə mətbuatı
A- A+

Xanəndə Qoçaq Əsgərov və fransız musiqiçi Pierre de Tregomain Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış ediblər. “Muğam caz konserti” adlanan gecədə Azərbaycan və Frana musiqisinin birgə sintezi səsləndirilib.

Publika.az xəbər verir ki, konserti Fransanın Azərbaycandakı səfiri xanım Oreliya Buşez öz nitqi ilə açıb. Daha sonra musiqişünas, YUNESKO-nun eksperti Sənubər Bağırova çıxış edib. Hər ikisi Azərbaycanın və Fransanın musiqi tarixinə nəzər salıb, eyni zamanda gecənin səbəbkarlarına uğurlar diləyiblər.

Qoçaq Əsgərov tamaşaçılara “Şur” muğamını kompazisiya şəklində ifa edib. Pierre de Tregomain isə fransız musiqiləri ilə yanaşı, tar və kamançanın müşayiəti ilə “Rast” muğamını səsləndirib. Hər iki ifaçının maraqlı konsert proqramı alqışlarla qarşılanıb.

Qeyd edək ki, Q.Əsgərov və Tregomaini tarda İbrahim Babayev, kamançada Elnur Mikayılov, nağarada, əməkdar artist Kamran Kərimov, pianoda Vasif Hüseynzadə, bəm nağarada Hüsaməddin Əzizov müşayiət ediblər.

Konserti izləməyə gələnlər arasında bir çox səfirliklərin, eyni zamanda beynəlxalq qurumların nümayəndələri və tanınmış şəxslər də olub.

Cəvahir




Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/175161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR