Prosineçki və O`Nilin mətbuat konfransının vaxtı məlum oldu

Prosineçki və O`Nilin mətbuat konfransının vaxtı məlum oldu
12:57 8 Noyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, noyabrın 11-də Belfast şəhərindəki "Vindzor Park" stadionunda baş tutacaq matçdan bir gün öncə baş məşqçilər media nümayəndələri önünə çıxacaqlar. Noyabrın 10-da Bakı vaxtı ilə saat 16:45-də ada təmsilçisinin baş məşqçisi Maykl O`Nil mətbuat konfransı keçirəcək. Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçki isə 23:15-də jurnalistlər önünə çıxacaq.

Həmin gün saat 15:00-da Şimali İrlandiya, 23:45-də isə Azərbaycan yığmasının ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi baş tutacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR