"Azərpoçt" rayonlarda rəqəmsal dekoderlərin satışına başlayacaq

"Azərpoçt" rayonlarda rəqəmsal dekoderlərin satışına başlayacaq
13:12 8 Noyabr 2016
261 Ölkə
Ölkə mətbuatı
A- A+

Rəqəmsal TV dekoderlərinin rayon poçt şöbələrinə və filiallarına çatdırılması noyabrın 25-dən sonra başlayacaq.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Azərpoçt MMC-dən məlumat verilib.

Məlumatda deyilir ki, rayonlarda dekoderlərin satışı dekabrın 1-dən başlayacaq. Bu, həmin tarixdən etibarən Azərbaycan ərazisində analoq yayımın dayandırılması ilə bağlıdır.

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında analoq TV yayımı noyabrın 1-i saat 00:00-dan etibarən dayandırılıb.

Hazırda rəqəmsal dekoderlər Bakıda və Abşeron yarımadasında poçt şöbələrində satılır. Dekoderlərin satış qiyməti 22 manat təşkil edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR