2040-cı ilə qədər...

2040-cı ilə qədər...
13:13 8 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

2040-cı ilə qədər qlobal enerji tələbi 40 faiz artaraq gündəlik 382 milyon 100 min barel neft ekvivalentinə yüksələcək.

Publika.az xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) 2016-cı ildə Dünya Neft Görünüşü Hesabatında deyilir. Bildirilir ki, 2040-cı ildə qalıq yanacaqların qlobal enerjidəki payı 77 faizə yüksələcək. Qalıq yanacaqların içində təbii qaz 27 faiz ilə ən böyük pay sahibi olacaq. Təbii qazı 26 faiz ilə neft və 24 faiz ilə kömür izləyəcək.

Enerji tələbində yenilənə bilən enerji qaynaqlarının payı 17 faiz, nüvə enerjinin payı isə 6 faiz olacaq.

Artımın böyük hissəsi inkişaf etməkdə olan ölkələrdən qaynaqlanacaq. Qlobal enerji tələbində inkişaf etməkdə olan ölkələrin payı 63 faizə yüksələcək.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/enerji/175173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR