Meydana öküz başı atdılar, klub cərimələndi

Meydana öküz başı atdılar, klub cərimələndi
13:27 8 Noyabr 2016
74 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya Futbol İttifaqı Drezden "Dinamo"sunu cəzalandırıb.

Milli.Az goal.az-a istinadla bildirir ki, ölkə kubokunun 1/32 final mərhələsində baş tutan  "Dinamo" - "RB Leipzig" matçında yerli azarkeşlər meydana kəsilmiş öküz başı atmışdılar. Bu səbəbdən meydan sahibləri 60 min avro cərimə ödəməli olacaqlar. Bundan başqa, noyabrın 20-də ikinci Bundesliqanın 13-cü turunda "Greuther Fuerth"ə qarşı oyunda Drezden təmsilçisinin stadionu qismən qapadılacaq. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR