Sabahın HAVAsı

Sabahın HAVAsı
13:27 8 Noyabr 2016
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-17, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Noyabrın 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz
Noyabrın 11-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR