Sumqayıtda YANĞIN: Bina sakinləri təxliyyə edildi

Sumqayıtda YANĞIN: Bina sakinləri təxliyyə edildi
13:43 8 Noyabr 2016
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıtda binada yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları və mətbəx əşyaları 8 m2 sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 12 nəfər bina sakini təxliyə edilib. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/175180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR