Yanan bina ilə bağlı məhkəmədən: "Mən "bandit" deyiləm"

Yanan bina ilə bağlı məhkəmədən: "Mən "bandit" deyiləm"
13:49 8 Noyabr 2016
74 Digər
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Rizvan Mehdiyev ifadə verib. O bildirib ki, “Global Construction” MMC-nin istehsalat sexində işləyib. Şahidin sözlərinə görə, poliüretanların hazırlanması üçün məhsullar Türkiyədən gətirilib: "Şirkətdə qəlblərin hazırlanması üçün məhsullara heç bir müdaxilə edilməyib".

 

Şahid qeyd edib ki, yanğın hadisəsi baş verən günü işdə olmayıb. O, əlavə edib ki, məhsulların sınaqdan keçirilməsində iştirak edib: "Hazırlanan materiallar yandırılıb və yanmaya davamlı olub. Bununla bağlı video da var". Şahid istintaqa verdiyi ziddiyyətli ifadəsini belə izah edib: "Müstəntiq mənə hazır ifadə verdi, həmin ifadəyə imza etməyimi istədi. Mən də həmin ifadəyə imza etdim".

 

Onun sözlərinə görə, poliüretanların hazırlanması üçün mütəxəssislər Türkiyədən gəlib və onla materialların hazırlanması üçün təlim keçiblər: "O materiallar yanmayıb və qəsdən yandırılıb". Hakim isə deyib ki, materiallar yanıb və bu qədər insan da həyatını itirib: "Bununla bağlı video çəkilişlər var, binanın yandığının hər kəs şahidi olub".

 

Miryusif Mahmudovun vəkili İlhamə Həsənova hakimin bu fikirlərinə etiraz edib. Qeyd edib ki, hakim ittihama qabaqcadan münasibət bildirir: "Əgər belə olacaqsa, daha məhkəməni davam etdirmək nəyə lazımdı?". Miryusif Mahmudov bildirib ki, hazırlanan poliüretanlardan evində və ofisində də istifadə edib: "Əgər məhsul yararsız olsaydı, həmin məhsullardan evimdə və ofisimdə istifadə etməzdim".

 

Təqsirləndirilən şəxs, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Ələsgərov bildirib ki, Xətai rayonunda baş verən yanğından sonra müşavirə keçirilib. Onun sözlərinə görə, həmin müşavirədə yanğının təhlükəsizlik qaydaları müzakirə edilib: "Müşavirədə qeyd edilib ki, materiallardan yenidən nümunələr götürüləcək və bundan sonra araşdırma aparılacaq. “Global Construction” MMC-nin istehsalatxanasında hazırlanan materiallar daha keyfiyyətlidir".

 

Miryusif Mahmudov günahsız yerə həbs edildiyini deyib. O qeyd edib ki, rəy verilmədən həbs edilib: "Dünyanın heç bir yerində belə hal yoxdur. Biz də insanıq, günahsız yerə həbs edilmişik. Hərənin də bir səbri var. Yanğının əsl səbəbini müəyyən edin. Çünki bizə böhtan atıblar, bizi həbsdə saxlayırlar. Mənim də ailəm var, 11 yaşlı oğlum var. Mən "bandit", cinayətkar deyiləm. Hansısa icra başçısı pul alıb binanın yanında yarımçıq tikili edib. Binanın əsl yanma səbəbi müəyyən edilsin". Prosesdə fasilə elan edilib.

 

Qeyd edək ki, ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb. “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Altsheymer xəstələrinin çoxalması uzunömürlüyün artması ilə əlaqədardır

21 Sentyabr 2017 05:33

Tillerson: "İran Yaxın Şərqdə sabitliyə təhdid törədir"

21 Sentyabr 2017 05:27

Londondakı terrora görə daha bir nəfər tutuldu

21 Sentyabr 2017 05:24

Məhəmməd İngiltərədə oğlanlara verilən ən məşhur adlardan biridir

21 Sentyabr 2017 05:12

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 04:58

Kamran oynadı, komandası 1/8 finala çıxdı

21 Sentyabr 2017 04:34

İndoneziyada 5,7 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 04:32

Zidan "Real"la yeni müqavilə imzaladığını açıqladı

21 Sentyabr 2017 04:28

Tayvanda atışma olub: ölən və yaralananlar var

21 Sentyabr 2017 04:12

Uşağa dərs oxutmağın effektli üsulları - VALİDEYNLƏRƏ QIZIL MƏSLƏHƏTLƏR

21 Sentyabr 2017 04:03

Poroşenko Ərdoğanla görüşdü

21 Sentyabr 2017 03:39

Kanadalı alimlər işığı əks etdirməyən NƏHƏNG PLANET aşkarladılar - FOTOLAR

21 Sentyabr 2017 03:28

Meksikada baş vermiş zəlzələ qurbanlarının sayı 230-a çatıb

21 Sentyabr 2017 03:12

İlin sonunadək daha 3 “HTC” smartfonu buraxılacaq

21 Sentyabr 2017 03:03

Ərdoğanla Poroşenko Nyu-Yorkda görüşüb

21 Sentyabr 2017 02:47

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 02:44

Dünyagörüşünüzü dəyişəcək 12 qəribə xəritə

21 Sentyabr 2017 02:33

ABŞ-nın xüsusi prokuroru Ağ Evdən Trampın fəaliyyəti ilə bağlı sənədlər istəyib

21 Sentyabr 2017 02:27

Bakı metropolitenində “Wi-Fi” olacaq

21 Sentyabr 2017 02:18

Bu il istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri 4 milyon manatdan çox olub

21 Sentyabr 2017 02:03

"Mariya" qasırğası ikinci dərəcəli fırtınaya qədər zəifləyib

21 Sentyabr 2017 02:02

Odessanın vitse-meri uşaq düşərgəsindəki yanğına görə vəzifəsindən istefa verib

21 Sentyabr 2017 01:52

8 mindən çox insan köməksiz qalıb -

21 Sentyabr 2017 01:51

ADA Universiteti Nazirliklə əməkdaşlıq edəcək

21 Sentyabr 2017 01:43

"Marca" -

21 Sentyabr 2017 01:30

Elektrik enerjisinə görə ödənişlərlə bağlı - YENİLİK

21 Sentyabr 2017 01:23

ABŞ-dan PYD-yə növbəti dəstək

21 Sentyabr 2017 01:12

Yaponiya sahillərində güclü zəlzələ

21 Sentyabr 2017 01:04

Sakit okeanda, Vanuatu sahillərində 6,5 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 01:02

Meksikada 3 günlük matəm elan edilib

21 Sentyabr 2017 00:58

Misirdə binanın çökməsi nəticəsində tələfat artdı -

21 Sentyabr 2017 00:55

Bermud üçbucağında yeni ada peyda oldu - Alimlər heyrət içindədir

21 Sentyabr 2017 00:43

Prezident İlham Əliyev: "Ermənistan qondarma xəritələr icad edərək Dağlıq Qarabağı oraya daxil edir"

21 Sentyabr 2017 00:37

Xızıda 312 ədəd partlamamış hərbi sursat aşkarlanıb

21 Sentyabr 2017 00:37

Mikroavtobus divara çırpıldı - 19 yaralı

21 Sentyabr 2017 00:34

İspaniya polisi Kataloniya muxtar vilayətinin binalarına -

21 Sentyabr 2017 00:33

Aparıcı Zaur müğənni Damlanın cüzdanından 3500 manat çıxardı... - FOTO

21 Sentyabr 2017 00:23

ABŞ-da məktəbdə atışma olub, xəsarət alan var

21 Sentyabr 2017 00:22

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 00:15

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13

Prezident BMT-də ASAN Xidmət barəsində danışdı

20 Sentyabr 2017 23:59

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 23:55

Deputat: "Gürcüstanın bəzi bölgələrində təbii qazın qiyməti nəzərdə tutulduğundan çox artırılıb"

20 Sentyabr 2017 23:52

Azərbaycan neftinin SON QİYMƏTİ - 57 dolları keçdi

20 Sentyabr 2017 23:43

Soyğunçular polis bölməsindən oğurluq etdi -

20 Sentyabr 2017 23:40

Bakıda keçiriləcək finalın dəqiq tarixi bəlli oldu

20 Sentyabr 2017 23:39

Bakıda 36 yaşlı qadını avtomobil vurub

20 Sentyabr 2017 23:32

Bakıda iki maşın yandı

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin baş katibiylə görüşüb

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti Nyu-Yokda BMT-nin baş katibi ilə görüşüb

20 Sentyabr 2017 23:22