Sabirabadda tələyə Amerika yenotu düşdü - FOTO

Sabirabadda tələyə Amerika yenotu düşdü - FOTO
13:53 8 Noyabr 2016
184 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabadda tələyə ərazidə rast gəlinməyən Amerika yenotu düşüb.

Publika.az xəbər verir ki, rayonun Qaraqaşlı kənd sakini Salman Muradov toyuq-cücəsini vəhşi çöl yırtıcılarından (tülkü, çaqqal və s.) qorumaq üçün yaşadığı təsərrüfatda tələ qurub. Tələyə bölgədə rast gəlinməyən Amerika yenotu düşüb.

Yenota rayon baytarları da baş çəkib. Salman Muradov deyir ki, heyvanın ayağı sağaldıqdan sonra onu zooparka təhvil vermək fikrindədir.

Qeyd edək ki, yenotların vətəni Amerikanın mülayim və tropik əraziləri, Kanadanın cənubundan Argentinaya qədər uzanan ərazilər sayılır. Bəzi yenotlar son 50 ildə insanlar vasitəsilə Avropaya gətirilib. Əsasən düzən meşəliklərdə yaşayan yenotun Sabirabad rayonunda necə peyda olması maraq doğurur.





Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/175184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR