Vaan Martirosyan: "Ermənistanda hakim təbəqə xalqa qarşı soyqırım törədir"

Vaan Martirosyan: "Ermənistanda hakim təbəqə xalqa qarşı soyqırım törədir"
13:57 8 Noyabr 2016
97 Dünya
Ölkə mətbuatı
A- A+

"Ermənistanda həyasızcasına hakimiyyəti saxlayan və Xocalı soyqırımını törətmiş insanlar indi erməni xalqına qarşı soyqırım törədir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış" mövzusunda bu gün Bakıda keçirilən konfransda erməni hüquq müdafiəçisi Vaan Martirosyan deyib.

V.Martirosyan deyib: "Onlar Ermənistan xalqından Bakıda erməni kilsəsinin bütünlüklə saxlanmasını, burada 30 min erməninin yaşadığını gizlədirlər, hansı ki, mən onlarla görüşmək imkanı əldə etdim".

O qeyd edib ki, Ermənistanda vəziyyət tam əksinədir:

"Məscidlər dağıdılır, tarix silinib yenidən yazılır. Ermənistan KİV-ləri bu tədbir barədə heç nə yazmayacaq".

O həmçinin qeyd edib ki, Ermənistanda müharibənin onlara xeyir gətirdiyini deyə biləcək bir adam da tapmaq olmaz: "Bunu yalnız sayı 500-ü keçməyən hakim təbəqənin nümayəndələri deyə bilər. Onlar bu münaqişədən qazanc əldə edirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR