27 yaşlı türk futbolçu Deniz Nakiyə bəraət verilib.
Milli.Az Milliyet-ə istinadən bildirir ki, Diyarbakırda PKK ilə əlaqədə ittiham olunaraq həbs edilən Deniz Naki azadlığa buraxılıb.
Qeyd edək ki, "Bayer Leverkuzen"in yetirməsi olan və bir çox Bundesliqa klublarında forma geyinmək şansı əldə edən futbolçunun son klubu Türkiyənin "Amedspor" komandası olub.
Təhməz Təkin
Milli.Az