“Ay camaat, boşanmamışam" - Yeganə

“Ay camaat, boşanmamışam" -  Yeganə
14:16 8 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

“ARB Ulduz”da yayımlanan “Şou məkan” verilişinin növbəti qonağı müğənni Yeganə Mürsəlova olub. 

Axşam.az-ın məlumatına görə, ifaçı şəxsi həyatından danışıb. Sənətçi boşanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

“Kim nə istəyir danışsın. Onlara cavab versəm, deyəcəklər ki, Yeganəyə təsir edir. Toyum olanda da çəkiliş aparılmasına icazə vermək istəmirdim. Bu, mənim şəxsi həyatımdır. Medianı toya qonaq kimi çağırdım. İndi hara gedirəm nikah şəhadətnaməmlə gəzim ki, ay camaat, mən boşanmamışam? Bunun insanlara aidiyyatı yoxdur.

Qorxaq adam deyiləm. Heç həyat yoldaşımdan da qorxmuram. Ona hörmət edirəm. Bu dünyada paxıl da, eqoist də, insan sevməyən də var... Başqalarının ailə həyatı mənim üçün maraqlı deyil. Evimə gəldimsə, ancaq öz ailəmlə maraqlanıram. Lakin həmin insanların evində nə ailə, nə qohum-əqrəba sevgisi, nə bacı-qardaş məhəbbəti var. Başlayırlar başqalarının ailəsindən danışmağa".

Qeyd edək ki, Yeganə Fatih Akbudak adlı şəxslə ailəlidir. Cütlüyün Ömər adlı oğlu var.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR