Yüksək Texnologiyalar Parkında “Startapların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları” mövzusunda seminar keçirilib

Yüksək Texnologiyalar Parkında  “Startapların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları” mövzusunda seminar keçirilib
14:35 8 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Yüksək Texnologiyalar Parkında  "Startapların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları" mövzusunda seminar keçirilib.
 
Tədbirdə startap şirkətlərin nümayəndələri ilə yanaşı, Bakı Fond Birjasının (BFB) üzvü olan investisiya şirkətləri və özəl sektor təmsilçiləri də iştirak edib.
 
Seminarda "Borsa İstanbul"un Marketinq və Satış Departamentinin müdiri Adnan Serhat Görgün öz çıxışında "Startap şirkətlərinin maliyyələşmə yolları", "Şirkətin dəyərləndirilməsi və bazarda dəyər qazanması", "Kapital bazarları vasitəsilə maliyyə cəlbi" və "İPO-ya hazırlıq" kimi mövzulara toxunub, öz bilik və təcrübələrini seminar iştirakçıları ilə bölüşüb.
 
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb  və qarşılıqlı diskussiya şəklində davam edib.
 
 
BFB-nin üzvü olan investisiya şirkətlərinin nümayəndələri startaplarla bağlı müxtəlif layihələr çərçivəsində əməkdaşlığın faydalı ola biləcəyini qeyd ediblər.
 
Tədbirin sonunda Yüksək Texnologiyalar Parkı və Bakı Fond Birjası arasında əməkdaşlığa dair sənəd imzalanıb.









Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-44233-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR