Sumqayıtda YANĞIN: Bina sakinləri təxliyə edildilər

Sumqayıtda YANĞIN: Bina sakinləri təxliyə edildilər
14:37 8 Noyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıtda binada yanğın olub.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 25 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları və mətbəx əşyaları 8 m2 sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 12 nəfər bina sakini təxliyə edilib.

Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR