Dövlət rüsumunun hesablanma və ödənilmə qaydası dəyişdi

Dövlət rüsumunun hesablanma və ödənilmə qaydası dəyişdi
14:53 8 Noyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev“Dövlət rüsumu haqqında” qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 14 oktyabr qanununun tətbiqi barədə fərman imzalayıb.

“APA-Economics”in məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət rüsumu haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Fərmana əsasən, Nazirlər Kabineti normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Bundan başqa, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, qanundan irəli gələn digər məsələləri həll etmək həvalə olunub.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli fərmanının 2.9-cu bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və aşağıdakı məzmunda 2.10-cu bənd əlavə edilib:

Əlavə olunmuş bənddə bildirilib ki, həmin qanunun 4.1-1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlar” dedikdə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri, ikinci və üçüncü hallarda “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzərdə tutulur”.

Xatırladaq ki, qanuna əlavə edilən 4.1-1 maddədə qeyd edilir ki, bu qanunda nəzərdə tutulan xidmətlərin və hüquqi hərəkətlərin bir neçə dövlət orqanı tərəfindən vahid məkanda, innovasiyaların tətbiqi və yüksək standartlar əsasında həyata keçirilməsini təşkil edən müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlarda xidmətlərə görə ödənilən dövlət rüsumlarının 50%-i müvafiq icra hakimiyyəti orqanının işçilərinin və həmin qurumlarda fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/175192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR