Klubda yatıb, yığmada oyananlar...

Klubda yatıb, yığmada oyananlar...
15:05 8 Noyabr 2016
134 İdman
Ölkə mətbuatı
A- A+

2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Şimali İrlandiya ilə qarşılaşacaq Azərbaycan millisi bu gün Belfasta yola düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Robert Prosineçki səfərə 25 futbolçu aparmaq qərarına gəlib.

Xorvatiyalı mütəxəssis ötən ay Norveç və Çexiya ilə görüşlər üçün açıqladığı heyətdə çox kiçik dəyişikliyə əl atıb. Belə ki, həmin heyətdən bu dəfə yalnız Rauf Əliyev zədə ucbatından komandaya çağırılmayıb. Əvəzində zədəsini sağaldan Elvin Məmmədov və Əfran İsmayılov yenidən milliyə cəlb olunublar. Həmçinin, Dəniz Yılmaz da ilk dəfə Azərbaycan yığmasına çağırılıb.
 
Prosineçkinin açıqladığı heyətdə yenə klubunda meydana çıxmayan futbolçuların olması diqqət çəkir. Məsələn, Emin Mahmudov və Eddi İsrafilov Çexiya ilə matçdan bəri klublarının keçirdiyi görüşlərin heç birində iştirak etməyiblər. Ölkə xaricində çıxış edən Ramil Şeydayev və Dmitri Nazarovda da vəziyyət ürəkaçan deyil. Nazarov II Bundesliqada cəmi 1 matçda iştirak edib ki, onda da sona 7 dəqiqə qalmış əvəzetmədən meydana daxil olub. Ramil Şeydayev də Türkiyədə 1 görüşdə "Trabzonspor"un formasını geyinib. Superliqada hələ də debüt etməyən gənc forvard ölkə kuboku çərçivəsində start heyətində meydana çıxdığı qarşılaşmanın fasiləsində əvəzlənib.
 
Zədədən qayıdan Əfran İsmayılov, Elvin Məmmədov, həmçinin Namiq Ələsgərov da az şans əldə ediblər. Namiqlə Elvin keçən bir ay ərzində ayrı-ayrılıqda heç 90 dəqiqə mübarizə aparmayıblar.
 
Kapitan Rəşad Sadıqov zədədən əziyyət çəkdiyi üçün çempionat matçlarını buraxmalı olub. Təcrübəli müdafiəçi yalnız Avropa Liqasında PAOK-la iki matçda meydana çıxıb.
 
Ölkə xaricində çıxış edən milli üzvlərindən ən yaxşı göstərici Kamran Ağayev, Pavel Paşayev və Dəniz Yılmaza məxsusdur. 
 
Milli üzvlərinin son seçmə mərhələ matçından bəri klublarındakı çıxışı belədir:
 
Səlahət Ağayev
15 oktyabr. Premyer Liqa. "İnter" - "Qəbələ" (1:1): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
23 oktyabr. Premyer Liqa. "Kəpəz" - "İnter" (0:0): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
30 oktyabr. Premyer Liqa. "İnter" - "Sumqayıt": start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
5 noyabr. Premyer Liqa. "Neftçi" - "İnter" (2:1): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
 
Anar Nəzirov
16 oktyabr. Premyer Liqa. "Zirə" - "Neftçi" (2:0): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
24 oktyabr. Premyer Liqa. AZAL - "Zirə" (1:1): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
30 oktyabr. Premyer Liqa. "Zirə" - "Kəpəz" (2:0): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
6 noyabr. Premyer Liqa. "Zirə" - "Qarabağ" (0:2): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
 
Rəşad Sadıqov
15 oktyabr. Premyer Liqa. "Qarabağ" - "Sumqayıt" (3:0): "18-lik"də yer almayıb.
25 oktyabr. Premyer Liqa. "Neftçi" - "Qarabağ" (0:2): "18-lik"də yer almayıb.
29 oktyabr. Premyer Liqa. AZAL - "Qarabağ" (0:1): "18-lik"də yer almayıb.
6 noyabr. Premyer Liqa. "Zirə" - "Qarabağ" (0:2): "18-lik"də yer almayıb.
20 oktyabr. Avropa Liqası. "Qarabağ" - PAOK (2:0): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
3 noyabr. Avropa Liqası. PAOK - "Qarabağ" (0:1): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
 
Bədavi Hüseynov
15 oktyabr. Premyer Liqa. "Qarabağ" - "Sumqayıt" (3:0): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
25 oktyabr. Premyer Liqa. "Neftçi" - "Qarabağ" (0:2): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
29 oktyabr. Premyer Liqa. AZAL - "Qarabağ" (0:1): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
6 noyabr. Premyer Liqa. "Zirə" - "Qarabağ" (0:2): ehtiyatda qalıb.
20 oktyabr. Avropa Liqası. "Qarabağ" - PAOK (2:0): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
3 noyabr. Avropa Liqası. PAOK - "Qarabağ" (0:1): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
 
Maksim Medvedev
15 oktyabr. Premyer Liqa. "Qarabağ" - "Sumqayıt" (3:0): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
25 oktyabr. Premyer Liqa. "Neftçi" - "Qarabağ" (0:2): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
29 oktyabr. Premyer Liqa. AZAL - "Qarabağ" (0:1): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
6 noyabr. Premyer Liqa. "Zirə" - "Qarabağ" (0:2): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
20 oktyabr. Avropa Liqası. "Qarabağ" - PAOK (2:0): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
3 noyabr. Avropa Liqası. PAOK - "Qarabağ" (0:1): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
 
Qara Qarayev
15 oktyabr. Premyer Liqa. "Qarabağ" - "Sumqayıt" (3:0): ehtiyatda qalıb.
25 oktyabr. Premyer Liqa. "Neftçi" - "Qarabağ" (0:2): əvəzetmədən girib, 2 dəqiqə oynayıb.
29 oktyabr. Premyer Liqa. AZAL - "Qarabağ" (0:1): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
6 noyabr. Premyer Liqa. "Zirə" - "Qarabağ" (0:2): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
20 oktyabr. Avropa Liqası. "Qarabağ" - PAOK (2:0): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
3 noyabr. Avropa Liqası. PAOK - "Qarabağ" (0:1): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
 
Rahid Əmirquliyev
15 oktyabr. Premyer Liqa. "Qarabağ" - "Sumqayıt" (3:0): əvəzetmədən girib, 10 dəqiqə oynayıb.
25 oktyabr. Premyer Liqa. "Neftçi" - "Qarabağ" (0:2): start heyətində çıxıb, 90 dəqiqə oynayıb, 1 qol vurub.
29 oktyabr. Premyer Liqa. AZAL - "Qarabağ" (0:1): start heyətində çıxıb, 62 dəqiqə oynayıb.
6 noyabr. Premyer Liqa. "Zirə" - "Qarabağ" (0:2): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
20 oktyabr. Avropa Liqası. "Qarabağ" - PAOK (2:0): start heyətində çıxıb, 90 dəqiqə oynayıb, 1 qol vurub.
3 noyabr. Avropa Liqası. PAOK - "Qarabağ" (0:1): start heyətində çıxıb, 64 dəqiqə oynayıb.
 
Arif Daşdəmirov
15 oktyabr. Premyer Liqa. "Qarabağ" - "Sumqayıt" (3:0): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
25 oktyabr. Premyer Liqa. "Neftçi" - "Qarabağ" (0:2): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
29 oktyabr. Premyer Liqa. AZAL - "Qarabağ" (0:1): "18-liy"ə düşməyib.
6 noyabr. Premyer Liqa. "Zirə" - "Qarabağ" (0:2): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
20 oktyabr. Avropa Liqası. "Qarabağ" - PAOK (2:0): ehtiyatda qalıb.
3 noyabr. Avropa Liqası. PAOK - "Qarabağ" (0:1): ehtiyatda qalıb.
 
Əfran İsmayılov
15 oktyabr. Premyer Liqa. "Qarabağ" - "Sumqayıt" (3:0): "18-liy"ə düşməyib.
25 oktyabr. Premyer Liqa. "Neftçi" - "Qarabağ" (0:2): "18-liy"ə düşməyib.
29 oktyabr. Premyer Liqa. AZAL - "Qarabağ" (0:1): əvəzetmədən girib, 28 dəqiqə oynayıb.
6 noyabr. Premyer Liqa. "Zirə" - "Qarabağ" (0:2): start heyətində çıxıb, 58 dəqiqə oynayıb.
20 oktyabr. Avropa Liqası. "Qarabağ" - PAOK (2:0): "18-liy"ə düşməyib.
3 noyabr. Avropa Liqası. PAOK - "Qarabağ" (0:1): əvəzetmədən girib, 2 dəqiqə oynayıb.
 
Namiq Ələsgərov
15 oktyabr. Premyer Liqa. "Qarabağ" - "Sumqayıt" (3:0): əvəzetmədən girib, 10 dəqiqə oynayıb.
25 oktyabr. Premyer Liqa. "Neftçi" - "Qarabağ" (0:2): əvəzetmədən girib, 1 dəqiqə oynayıb.
29 oktyabr. Premyer Liqa. AZAL - "Qarabağ" (0:1): əvəzetmədən girib, 2 dəqiqə oynayıb.
6 noyabr. Premyer Liqa. "Zirə" - "Qarabağ" (0:2): start heyətində çıxıb, 65 dəqiqə oynayıb.
20 oktyabr. Avropa Liqası. "Qarabağ" - PAOK: əvəzetmədən girib, 2 dəqiqə oynayıb.
3 noyabr. Avropa Liqası. PAOK - "Qarabağ" (0:1): "18-liy"ə düşməyib.
 
Ruslan Abışov
15 oktyabr. Premyer Liqa. "İnter" - "Qəbələ" (1:1): start heyətində çıxıb, 72 dəqiqə oynayıb.
23 oktyabr. Premyer Liqa. "Kəpəz" - "İnter" (0:0): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
30 oktyabr. Premyer Liqa. "İnter" - "Sumqayıt" (3:1): start heyətində çıxıb, 85 dəqiqə oynayıb.
5 noyabr. Premyer Liqa. "Neftçi" - "İnter" (2:1): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
 
Ağabala Ramazanov
15 oktyabr. Premyer Liqa. "İnter" - "Qəbələ" (1:1): start heyətində çıxıb, 88 dəqiqə oynayıb, 1 qol vurub.
23 oktyabr. Premyer Liqa. "Kəpəz" - "İnter" (0:0): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
30 oktyabr. Premyer Liqa. "İnter" - "Sumqayıt" (3:1): start heyətində çıxıb, 89 dəqiqə oynayıb.
5 noyabr. Premyer Liqa. "Neftçi" - "İnter" (2:1): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
 
Tərlan Quliyev
15 oktyabr. Premyer Liqa. "İnter" - "Qəbələ" (1:1): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
23 oktyabr. Premyer Liqa. "Kəpəz" - "İnter" (0:0): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
30 oktyabr. Premyer Liqa. "İnter" - "Sumqayıt" (3:1): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
5 noyabr. Premyer Liqa. "Neftçi" - "İnter" (2:1): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
 
Araz Abdullayev
16 oktyabr. Premyer Liqa. "Zirə" - "Neftçi" (2:0): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
25 oktyabr. Premyer Liqa. "Neftçi" - "Qarabağ" (0:2): "18-liy"ə düşməyib.
29 oktyabr. Premyer Liqa. "Qəbələ" - "Neftçi" (4:1): ehtiyatdan girib, 45 dəqiqə oynayıb, 1 qol vurub.
5 noyabr. Premyer Liqa. "Neftçi" - "İnter" (2:1): start heyətində çıxıb, 82 dəqiqə oynayıb, 1 qol vurub (penaltidən).
 
Rəhman Hacıyev
16 oktyabr. Premyer Liqa. "Zirə" - "Neftçi" (2:0): start heyətində çıxıb, 49 dəqiqə oynayıb.
25 oktyabr. Premyer Liqa. "Neftçi" - "Qarabağ" (0:2): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
29 oktyabr. Premyer Liqa. "Qəbələ" - "Neftçi" (4:1): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
5 noyabr. Premyer Liqa. "Neftçi" - "İnter" (2:1): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
 
Məhəmməd Mirzəbəyov
15 oktyabr. Premyer Liqa. "İnter" - "Qəbələ" (1:1): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
25 oktyabr. Premyer Liqa. "Sumqayıt" - "Qəbələ" (2:2): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
29 oktyabr. Premyer Liqa. "Qəbələ" - "Neftçi" (4:1): ehtiyatda qalıb.
6 noyabr. Premyer Liqa. AZAL - "Qəbələ" (0:0): əvəzetmədən girib, 24 dəqiqə oynayıb.
20 oktyabr. Avropa Liqası. "Sent-Etyen" - "Qəbələ" (1:0): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
3 noyabr. Avropa Liqası. "Qəbələ" - "Sent-Etyen" (1:2): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
 
Ruslan Qurbanov
15 oktyabr. Premyer Liqa. "İnter" - "Qəbələ" (1:1): əvəzetmədən girib, 28 dəqiqə oynayıb.
25 oktyabr. Premyer Liqa. "Sumqayıt" - "Qəbələ" (2:2): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
29 oktyabr. Premyer Liqa. "Qəbələ" - "Neftçi" (4:1): ehtiyatdan girib, 29 dəqiqə oynayıb.
6 noyabr. Premyer Liqa. AZAL - "Qəbələ" (0:0): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
20 oktyabr. Avropa Liqası. "Sent-Etyen" - "Qəbələ" (1:0): start heyətində çıxıb, 90 dəqiqə oynayıb.
3 noyabr. Avropa Liqası. "Qəbələ" - "Sent-Etyen" (1:2): start heyətində çıxıb, 90 dəqiqə oynayıb, 1 qol vurub.
 
Elvin Məmmədov
16 oktyabr. Premyer Liqa. "Zirə" - "Neftçi" (2:0): "18-liy"ə düşməyib.
24 oktyabr. Premyer Liqa. AZAL - "Zirə" (1:1): əvəzetmədən girib, 24 dəqiqə oynayıb.
30 oktyabr. Premyer Liqa. "Zirə" - "Kəpəz" (2:0): əvəzetmədən girib, 14 dəqiqə oynayıb, 1 qol vurub (penaltidən).
6 noyabr. Premyer Liqa. "Zirə" - "Qarabağ" (0:2): əvəzetmədən girib, 45 dəqiqə oynayıb.
 
Dəniz Yılmaz
16 oktyabr. Türkiyə Superliqası. "Bursaspor" - "Osmanlıspor" (0:0): start heyətində yer alıb, 90 dəqiqə oynayıb.
22 oktyabr. Türkiyə Superliqası. "Alanyaspor" - "Bursaspor" (0:2): start heyətində yer alıb, 90 dəqiqə oynayıb.
26 oktyabr. Türkiyə kuboku. "Bursaspor" - "Yomraspor" (3:0): adı "18-lik"də olmayıb.
29 oktyabr. Türkiyə Superliqası. "Bursaspor" - "Konyaspor" (2:0): start heyətində yer alıb, 90 dəqiqə oynayıb.
5 noyabr. Türkiyə Superliqası. "Karabükspor" - "Bursaspor" (0:0): start heyətində yer alıb, 90 dəqiqə oynayıb.
 
Ramil Şeydayev
16 oktyabr. Türkiyə Superliqası. "Trabzonspor" - "Akhisar" (0:0): "18-lik"də yer alsa da, meydana çıxmayıb.
22 oktyabr. Türkiyə Superliqası. "Qalatasaray" - "Trabzonspor" (0:1): "18-lik"də yer alsa da, meydana çıxmayıb.
26 oktyabr. Türkiyə kuboku. "Çorum Bələdiyyəspor" - "Trabzonspor" (1:2): start heyətində yer alıb, fasilədə əvəzlənib.
30 oktyabr. Türkiyə Superliqası. "Trabzonspor" - "Rizəspor" (2:2): "18-lik"də yer almayıb.
5 noyabr. Türkiyə Superliqası. "Beşiktaş" - "Trabzonspor" (2:1): "18-lik"də yer almayıb.
 
Kamran Ağayev
15 oktyabr. Portuqaliya Kuboku. "Leyria" - "Boavişta" (0:2): start heyətində yer alıb, 90 dəqiqə oynayıb.
22 oktyabr. Portuqaliya Premyer Liqası. "Maritimo" - "Boavişta" (1:1): start heyətində yer alıb, 90 dəqiqə oynayıb.
29 oktyabr. Portuqaliya Premyer Liqası. "Boavişta" - "Eştoril" (0:0): start heyətində yer alıb, 90 dəqiqə oynayıb.
6 noyabr. Portuqaliya Premyer Liqası. "Rio Ave" - "Boavişta" (1:2): start heyətində yer alıb, 90 dəqiqə oynayıb.
 
Emin Mahmudov
15 oktyabr. Portuqaliya Kuboku. "Leyria" - "Boavişta" (0:2): "18-lik"də yer almayıb.
22 oktyabr. Portuqaliya Premyer Liqası. "Maritimo" - "Boavişta" (1:1): "18-lik"də yer almayıb.
29 oktyabr. Portuqaliya Premyer Liqası. "Boavişta" - "Eştoril" (0:0): "18-lik"də yer almayıb.
6 noyabr. Portuqaliya Premyer Liqası. "Rio Ave" - "Boavişta" (1:2): "18-lik"də yer almayıb.
 
Eddi İsrafilov
16 oktyabr. İspaniyanın II Liqası. "Tenerife" - "Kadiz" (1:1): "18-lik"də yer alsa da, meydana çıxmayıb.
23 oktyabr. İspaniyanın II Liqası. "Kadiz" - "Mursiya" (2:2): "18-lik"də yer almayıb.
30 oktyabr. İspaniyanın II Liqası. "Luqo" - "Kadiz" (0:1): "18-lik"də yer alsa da, meydana çıxmayıb.
5 noyabr. İspaniyanın II Liqası. "Kadiz" - "Hueska" (1:0): "18-lik"də yer almayıb.
 
Dmitri Nazarov
14 oktyabr. Almaniyanın II Bundesliqası. "Sankt-Pauli" - Aue" (1:2): "18-lik"də yer almayıb.
23 oktyabr. Almaniyanın II Bundesliqası. "Aue" - "Yunion Berlin" (1:3): 83-cü dəqiqədə meydana daxil olub.
28 oktyabr. Almaniyanın II Bundesliqası. "Münhen 1860" - "Aue" (6:2): "18-lik"də yer alsa da, meydana çıxmayıb.
4 noyabr. Almaniyanın II Bundesliqası. "Aue" - "Nürnberq" (1:2): "18-lik"də yer almayıb.
 
Pavel Paşayev
16 oktyabr. "Aleksandriya" - "Stal" (2:0): 90 dəqiqə oynayıb.
22 oktyabr. Ukrayna Premyer Liqası. "Karpatı" - "Stal" (0:1): 90 dəqiqə oynayıb.
26 oktyabr. Ukrayna kuboku. "Mariupol" - "Stal" (1:1, penaltilər seriyası - 4-2): 120 dəqiqə meydanda olub. Penaltilər seriyasında komandasının 4-cü 11 metrlik zərbəsini dəyərləndirə bilməyib.
30 oktyabr. Ukrayna Premyer Liqası. "Stal" - "Dnepr" (1:1): 90 dəqiqə oynayıb.
4 noyabr. Ukrayna Premyer Liqası. "Volın" - "Stal" (0:1): 90 dəqiqə oynayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR