Kramer Kramerə qarşı

Kramer Kramerə qarşı
22:42 5 Yanvar 2015
122 Digər
Ölkə mətbuatı
A- A+

"Freedom House" təşkilatının keçmiş rəhbəri, "McCain" institutunun insan haqları və azadlıqları üzrə hazırkı direktoru Devid Kramer növbəti dəfə Azərbaycan hökumətinə qarşı sanksiyalar tətbiq etməyi təklif edib, eləcə də 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağırıb.

Lakin hər bir məqalədə əsas məna xülasədə olur, buna görə də cənab Kramerin həcvi də onunla başa çatır ki, Azərbaycanın energetika və təhlükəsizlik sahəsində strateji tərəfdaş qismində əhəmiyyəti qeyd edilir. Yəni "Freedom House"un sabiq rəhbəri həm sual verir, həm də özü cavablayır. Qısası, "Kramer Kramerə qarşı" klassikası.

Kramerin bütün əsassız ittihamlarını kənara qoyaraq hər şeyi ardıcıllıqla ayırd edək. Təşkilatın keçmiş rəhbəri - "azadlıqlar və demokratiya ixracatçısı" Rusiya və Belarusa münasibətdə tətbiq edilən sanksiyaların bənzərini Azərbaycan hökumətinə qarşı tətbiq etməyə çağırır. Nə olsun? ABŞ və Avropa bu sanksiyalarla nəyə nail oldu? Demək olar ki, heç nəyə. Prinsipcə, "energetika və təhlükəsizlik sahəsində strateji tərəfdaş"ın cavab sanksiyalarına da düçar olmağa çox vaxt qalmayıb.

İndi 90-cı illlərin əvvəli deyil. Azərbaycanın layihələrində Qərb şirkətlərinin yerini tutmaq istəyənlər kifayət qədərdir və üstəlik, Bakı çoxları olmadan da keçinmək üçün kifayət qədər təcrübə qazanıb. Bu, praktikada da görünür: Azərbaycanda iri neft-qaz layihələrində Qərb şirkətlərinin paylarını ya ARDNŞ, ya da Şərq ölkələri (Hindistan, Malayziya) alırlar.

Elçin Mehdiyev
Trend


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/317414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR