23 yaşlı qız Facebook-da bu sözləri yazıb intihar etdi - FOTO

23 yaşlı qız Facebook-da bu sözləri yazıb intihar etdi - FOTO
15:27 8 Noyabr 2016
5082 Dünya
Ölkə mətbuatı
A- A+

Adanada anasını itirdikdən sonra psixoloji sarsıntı keçirən 23 yaşlı İngilis dili müəllimi canına qıyıb.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, hadisə Çukurova mahalındakı Bələdiyyə Evleri Məhəlləsində qeydə alınıb.

İddiaya görə, özəl bir məktəbdə ingilis dili müəllimi olaraq çalışan 23 yaşlı Muradıya Aslıhan Pek 6 ay əvvəl anasının rəhmətə getməsi ilə depresiyaya düşüb.

Atası ilə birlikdə yaşayan gənc müəllim anasının yoxluğuna dözə bilməyib və yaşadıqları binanın dördüncü mərtəbəsindən özünü ataraq intihar edib. Beton döşəməyə çırpılan gənc qız hadisə yerindəcə dünyasın dəyişib. 

Muradıya Aslıhan Pekinin intihar etməzdən əvvəl Facebook hesabında "Anasının yanında" şəklində paylaşım etdiyi ortaya çıxıb.

Təhməz Təkin
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR