İtaliya Dağlıq Qarabağla bağlı mövqeyini İrəvanda AÇIQLADI

İtaliya Dağlıq Qarabağla bağlı mövqeyini İrəvanda AÇIQLADI
16:05 8 Noyabr 2016
147 Ölkə
Ölkə mətbuatı
A- A+

İtaliya ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi üzrə səylərini dəstəkləyir.

Milli.Az azvision.az -a istinadən xəbər verir ki, bu barədə İtaliya XİN rəhbəri Paolo Gentiloni İrəvanda erməni həmkarı Edvard Nalbandyanla keçirdiyi mətbuat konfransında bildirib.

Bir neçə aydan sonra İtaliyanın ATƏT-in üçlüyündə yer tutacağını, gələcəkdə isə təşkilata sədrlik edəcəyini deyən nazir qeyd edib ki, rəsmi Roma "dondurulmuş" münaqişələrin həllinə böyük əhəmiyyət verir.

"İtaliya təkid edir ki, Qarabağ münaqişəsi sülh və diplomatik yolla həll olunmalıdır. Biz regionda hərbi əməliyyatları istəmirik".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR