Xalq artisti efirdə xanımını küsdürdü - video

Xalq artisti efirdə xanımını küsdürdü -  video
16:26 8 Noyabr 2016
421 Şou
Ölkə mətbuatı
A- A+

“Xəzər” telekanalında yayımlanan “Evdəkilərə salam” verilişi xalq artisti Rafiq Hüseynovun (Rəmiş) evində qonaq olub.

Axşam.az-ın məlumatına görə, çəkiliş zamanı gitara ifaçısının xanımı Gülü çətin günlərini xatırlayıb. Onun “Gün olub maşında yatmışıq” sözləri Rəmişi əsəbiləşdirib.

İfaçı “Başalama yenə” deyərək, onu susdurmağa çalışıb. Onun bu sözləri həyat yoldaşının xətrinə dəyib və Gülü xanım çəkiliş məkanını tərk edib.

Rəmiş daha sonra arvadının arxasıyca gedərək, onu geri qaytarıb.

"Mənim bir sevgilim var, o da Gülüdür" deyə, Rəmiş bildirib.

Gitara ifaçısını xanımı da ona olan sevgisini dilə gətirib:

"Nə qədər yaşayacamsa, Rəmiş ancaq məni olacaq. Onu heç kimə vermərəm".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60742

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR