49 ölkə Bakıda IV İslam Həmrəyliyi Oyunlarında iştirakını təsdiq edib

49 ölkə Bakıda IV İslam Həmrəyliyi Oyunlarında iştirakını təsdiq edib
16:37 8 Noyabr 2016
67 İdman
Ölkə mətbuatı
A- A+

49 ölkə Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında öz iştirakını təsdiq edib.

Mİlli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə Koordinasiya Komissiyasının 4-cü iclasından sonra keçirilən mətbuat konfransında deyib.

A.Rəhimov bildirib ki, bu, yüksək bir rəqəmdir: "Sevindirici haldır ki, Azərbaycanda keçirilən Oyunlar belə maraq doğurur. Bu, hələ son rəqəm deyil. İnanırıq ki, digər ölkələr də Oyunlarda iştirakını təsdiqləyəcək".

Nazir qeyd edib ki, Oyunlarla bağlı çoxlu vacib məsələlər həll olunub: "Təşkilat komitəsi və işçiləri tam gücü ilə çalışır və bütün işlər öz qaydasında gedir. Oyunlarla bağlı bir çox məsələlər öz həllini tapır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR