Prezidenti təhqir edənə 5 il həbs veriləcək

Prezidenti təhqir edənə 5 il həbs veriləcək
16:43 8 Noyabr 2016
124 Dünya
Ölkə mətbuatı
A- A+

Tacikistan parlamentinin yuxarı palatası ölkə prezidentini təhqir etməyə görə cinayət məsuliyyətini sərtləşdirib.

Cinayət Məcəlləsinin 137-ci maddəsinə edilən dəyişikliyə əsasən, ölkə başçısının ictimai yerlərdə təhqir olunması və ona böhtan atılması halında həmin şəxs 5 ilə qədər müddətə azadlıqdan məhrum olunacaq.

Bundan əvvəl, Tacikistan parlamenti “Sülhün təməlini qoyan və milli birliyi yaradan Millətin lideri” haqda qanun qəbul etmişdi.

Qanuna əsasən, prezident İmaməli Rəhman “Millətin lideri” adını alır. Millətin liderini və onun qohumlarını saxlamaq, yoxlamaq və əmlakı barədə araşdırma aparmaq qanunla qadağan olunur. (modern.az)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR