Azərbaycanda axtarışda olan şəxslərin əksəriyyəti tutulub

Azərbaycanda axtarışda olan şəxslərin əksəriyyəti tutulub
17:05 8 Noyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Cari ilin 9 ayında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə axtarılan şəxslərin 65,4 faizi tutulub, ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq göstərici 3,3 faiz yaxşılaşıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bunu bu gün daxili işlər naziri general-polkovnik Ramil Usubovun iştirakı ilə keçirilən Kollegiya iclasında Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis polkovniki Arzu Daşdəmirov ikinci məruzə ilə çıxış edərkən deyib.

İdarə rəisi bildirib ki, Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilib tutulması məqsədilə MDB-yə üzv ölkələrə əməliyyat qrupları göndərilib və nəticədə respublikadan kənarda olan 35, eləcə də MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 190 nəfərin yeri müəyyən edilib.

İtkin düşmüş şəxslərin axtarışının təşkili və həyata keçirilməsindən danışan məruzəçi qeyd edib ki, ötən müddətdə itkin düşmüş şəxslərin 71,1 faizinin yeri müəyyən edilib. Müvafiq sahədə fəaliyyətin nəticələri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz yaxşılaşıb.

Pünhan Mirzə
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR