Amerika canlısı Sabirabada necə gəlib?

Amerika canlısı Sabirabada necə gəlib?
17:08 8 Noyabr 2016
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabadın Qaraqaşlı kəndində yırtıcılar üçün qurulmuş tələyə ərazidə rast gəlinməyən Amerika yenotu düşüb. Vətəni Amerika olan yenotun Sabirabada necə gəlməsi xeyli marağa səbəb olub.

Zoologiya İnstitutunun direktoru Elman Yusifov Publika.az-a bildirib ki, Amerika yenotu ötən əsrin 70-ci illərində Azərbaycana gətirilib: “Onun gətirilməsində məqsəd həm xəzindən istifadə etmək, həm də ətini qida kimi qəbul etmək olub. Lakin bu iş uğurlu alınmadı. Yenot gəmirici heyvandır, onun əti yeyilmədi, xəzinə də təlabat istənilən səviyyədə olmadı. Bu sahə nəzarətdən kənarda qaldı. Onların biloji rəqibləri olmadığına görə qeyri-məhdud surətdə artmağa başladı. Biotiopları dağıtdılar, bir çox quş yuvalarına ziyan vurdular. Ola bilsin ki, onlar haradasa yayılıblar. Həmçinin bu gün bir çox fermerlər tanıyıb-tanımamalarından asılı olmayaraq xarici heyvanları ölkəyə gətirirlər. Fermer təsərrüfatları da yaradırlar. Ola bilər ki, həmin fermerlərin gətirdikləri də qaça bilər. Lakin bizdə yenotların yayılması və təsərrüfatlara ziyan vurması barədə heç bir məlumat yoxdur”.

E.Yusifov bu heyvanın çaqqaldan fərqləndirməyin çətin olduğunu deyib: "Fermerlərin bunu nə qədər dəqiq fərqləndirdiklərini, aşkarlanan heyvanın yenot olduğunu bilmək üçün əraziyə baxış keçirmək lazımdır. Həmin yenotun özünü görməmiş bu barədə dəqiq bir söz demək çətindir Sabirabad bu heyvanların yaşaması üçün çox da əlverişli yer deyil. Onlar əsasən, bataqlıqda, meşələrin aşağı sərhəddində yaşayır. Ola bilər ki, həmin kənddə yaşamalarına uyğun belə yerlər tapıblar”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/175208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR