Məmurlar Milli Qəhrəmanın biznesini əlindən alır

Məmurlar Milli Qəhrəmanın biznesini əlindən alır
22:52 5 Yanvar 2015
250 Sosial
Ölkə mətbuatı
A- A+

“Mənə yenidən təzyiqlər başlayıb. Goranboy rayonunun rəhbərliyi yüksək rütbəli məmurların adı altında gizlənərək mənə davamlı şəkildə təzyiq göstərir. Rayon rəhbərliyi gips istehsalı ilə məşğul olan “Elmir” adlı firmamı sabah ləğv etməyə hazırlaşır”.

Milli.Az xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı Rasim Əkbərov deyib.

R.Əkbərovun sözlərinə görə, onun “Elmir” firması tam qanuni fəaliyyət göstərir. Firma “Norm”, “Holcim Group”, “Kəpəz Alçi” və “Retro” şirkətlərinə, habelə Qaradağ sement zavoduna, “Müasir tikinti” MMC-yə, eləcə də Gürcüstanın “Heidelberg Group” şirkətinə qarşılıqlı rəsmi müqavilələr əsasında gips satır.

R.Əkbərov deyib ki, bu, onun əmlakını ələ keçirməyə ikinci belə cəhddir. Milli Qəhrəman xatırladıb ki, həmin yüksək mənsəbli məmurlar ona iki il qabaq da eynilə indiki kimi təzyiq göstərərək “Elmir” şirkətini, ümumən bütün biznesini ələ keçirməyə çalışmışdılar. Lakin o zaman ölkənin siyasi rəhbərliyinin işə qarışması nəticəsində onun gips karxanalarının həmin məmurlar tərəfindən zəbt olunmasının qarşısını almaq mümkün olmuşdu.

Milli Qəhrəman baş verənlərlə bağlı yüksək instansiyalara məktubla müraciət etdiyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR