Nazirlik əməkdaşının evindən cins quşlar oğurladılar

Nazirlik əməkdaşının evindən cins quşlar oğurladılar
17:32 8 Noyabr 2016
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın bağ evindən oğurluq edilib.

Mili.Az bildirir ki, bu barədə APA-ya S.Əhmədova məlumat verib. Onun sözlərinə görə, hadisə oktyabrın 29-da Bakının Maştağa qəsəbəsində, Ləyiş  bağları, dalan 14 ünvanında qeydə alınıb. S.Əhmədovanın evindən toyuq-cücə, cins quşlar oğurlanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinə müraciət edilib və araşdırma aparılır: "Hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, oğruların tutularaq cəzalandırılması mümkün olmayıb". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487563.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR