Cəmi 4 gün qaldı! Moskvanın kuklalar şousu Heydər Əliyev Sarayında

Cəmi 4 gün qaldı! Moskvanın kuklalar şousu Heydər Əliyev Sarayında
17:47 8 Noyabr 2016
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Ən əsas ailəvi bayram! Bütün yaşda olan uşaqlar üçün! Moskvanın boy kuklaları şousu Bakıda ilk dəfə olaraq noyabrın 12 və 13-də Heydər Əliyev Sarayında hamının sevimli cizgi filmi "Köpək patrulu"nun motivləri əsasında çox gözəl tamaşa təqdim edəcək.

"Köpək patrulu" altı cəsur köpək balası və onlara başçılıq edən bir oğlandan ibarət komandadır. Zik Rayder və onun dördayaqlı dostları cəmiyyət naminə öz xidmətlərini layiqli aparırlar. Məzəli köpək balalarının yeni macəraları və şou tamaşaçıları parlaq və həyəcanlı tamaşa ilə sevindirəcək. Bu heyrətamiz əhvalat gənc tamaşaçılara xeyirxah, mərd, qayğıkeş olmağın, eləcə də özgə bəlaya biganə qalmamağın vacibliyi barədə bəhs edəcək! Uşaqlar sevimli qəhrəmanları ilə görüşəcək, interaktiv oyunlarda iştirak edəcək və köpək balalarına bütün maneələrin öhdəsindən gəlməyə kömək edəcəklər. Ailəlikcə gəlin və siz xeyli təəssürat, müsbət emosiyalar və əla əhval-ruhiyyə əldə edəcəksiniz!

Biletlərin qiyməti 5 manatdan 49 manatadəkdir. Biletlər şəhərin bütün kassalarında, "Asan Xidmət" mərkəzlərində və "Bazarstore" mağazalar şəbəkəsində (Xətai və 28 Mall filialları) satılır. Biletlərin pulsuz çatdırılması üçün əlaqə telefonu: 050 354 90 54.

Tamaşaya biletləri evdən və ya iş yerindən ayrılmayaraq http://iticket.az/ saytında da əldə etmək olar. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsi ilə əlaqə saxlamaq kifayətdir.

İnformasiya dəstəyi Trend.Az, Day.Az və Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR