Monk Şimali İrlandiyanın baş məşqçisindən narazıdır

Monk Şimali İrlandiyanın baş məşqçisindən narazıdır
17:52 8 Noyabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Leeds" klubunun baş məşqçisi Qerri Monk Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`Nildən narazıdır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu narazılıq komandanın üzvü Stuart Dallasla bağlıdır.

Belə ki, Stuart Dalllas oktyabr ayının əvvəlindən bu yana zədəli olduğu üçün yaşıl meydanlara çıxmır. Hazırda zədəsini müəyyən qədər bərpa edən futbolçu O`Nil tərəfindən millinin toplanışına cəlb olunub.

"Leeds"in baş məşqçisi yerli mətbuata açıqlamasında bildirib ki, futbolçu hələ oynamaq üçün tam hazır deyil və onlar Stuartın növbəti dəfə ciddi zədə almasından qorxurlar. O, millinin çalışdırıcısının futbolçuya şans verməyəcəyinə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Şimali İrlandiya millisi DÇ-2018-in seçmə mərhələsində növbəti oyununu Azərbaycan yığmasına qarşı keçirəcək. Belfastda keçiriləcək qarşılaşma noyabrın 11-nə təyin olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR