Pentensiar Xidmətdən Akif Çovdarovun səhhəti barədə AÇIQLAMA

Pentensiar Xidmətdən Akif Çovdarovun səhhəti barədə AÇIQLAMA
18:05 8 Noyabr 2016
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Ədliyyə Nazirliyinin Pentensiar Xidməti ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun səhhətinin pisləşməsilə bağlı vəkilinin irəli sürdüyü iddialara cavab verib.

Milli.Az bildirir ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov modern.az-a deyib ki, saxlanılan və məhkum olunan şəxslərin səhhəti ilə Pentensiar Xidmət yox, Tibb Baş İdarəsi məşğul olur:
 
"Orada fəaliyyət göstərən həkimlər Penitensiar Xidmətə tabe deyil. Yaxşı olar ki, onlar Tibb Baş İdarəsinə müraciət etsinlər. İdarənin mütəxəssisləri onların müvəkkili ilə bağlı müalicə tədbirləri həyata keçirsinlər".
 
Xatırladaq ki, A.Çovdarovun vəkili Kamandar Nəsibov modern.az-a açıqlamasında müvəkkilinin səhhətində ciddi problem yarandığını və Penitensiar Xidmət əməkdaşlarının ona lazımi yardım göstərmədiyini iddia edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR