Prezident İlham Əliyev Nurəddin Quliyevin Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Publika.az-ın xəbərinə görə, sərəncamda bildirilir ki, Nurəddin Beytulla oğlu Quliyev Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
Prezidentin digər sərəncamı ilə Rafael Qəzənfər oğlu Babayev Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.