AMEA Yüksək Texnologiyalar Parkı yaradılır

AMEA Yüksək Texnologiyalar Parkı yaradılır
18:22 8 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı (bundan sonra - "YT Park") yaradılsın.

2. Müəyyən edilsin ki, "YT Park" innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.

3. "YT Park"a münasibətdə səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Milli Elmlər Akademiyası həyata keçirir.

4. Azərbaycan Milli Elmlər Akademiyası "YT Park"ın ərazisində xarici və daxili infrastrukturun yaradılmasını və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün.

5. "YT Park"ın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində "AMEA Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

6. "AMEA Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra - Cəmiyyət) Ümumi Yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət təşkilatına və orqanına həvalə edilsin:

6.1. Azərbaycan Milli Elmlər Akademiyasına:

6.1.1. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

6.1.2. Cəmiyyətin Müşahidə Şurasının seçilməsi;

6.1.3. Cəmiyyətin strukturunun, işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi;

6.1.4. Cəmiyyətin icra orqanının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

6.1.5. Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

6.1.6. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

6.1.7. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;

6.2. Azərbaycan Milli Elmlər Akademiyasının təklifləri əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

6.2.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

6.2.2. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;

6.2.3. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

7. Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

8.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.4. "YT Park"ın fəaliyyəti üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 622-ci küçədə yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə-Sənaye Zavodunun torpaq sahəsinin, onu icarəyə vermək hüququ ilə, Cəmiyyətin istifadəsinə verilməsini iki ay müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.5. bu Sərəncamın 4-cü hissəsində nəzərdə tutulmuş işlərin görülməsi üçün zəruri maliyyələşmənin, habelə Cəmiyyətin nizamnamə kapitalının və ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini təmin etsin;

8.6. "YT Park"ın fəaliyyət profili üzrə elmi tədqiqat və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi məqsədi ilə yerli və xarici elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi-texniki və innovasiya sahələrində əməkdaşlığının təşkili, əlaqələndirilməsi və genişləndirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə altı ay müddətində tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.7. "YT Park"ın fəaliyyət istiqamətləri üzrə innovativ layihələrin icrası, sınaq-ekspertiza və prototiplərin hazırlanması və elmin kommersiyalaşdırılması fəaliyyətlərinin beynəlxalq əməkdaşlıq və qrant proqramları ilə əlaqələndirilməsi, o cümlədən potensial donorların cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.8. "YT Park"da istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi mexanizminə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.9. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görsün".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Aleksandr Novak: "Hazırkı neft qiymətləri hamıya uyğundur"

21 Sentyabr 2017 18:27

"Qəbələ" - "Neftçi" oyununu kim idarə edəcək?

21 Sentyabr 2017 18:27

Hicran Hüseynova: “Məqsədimiz Azərbaycanda mövcud olan ailə mühitli cəmiyyəti qorumaqdır”

21 Sentyabr 2017 18:27

İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub - FOTOLAR

21 Sentyabr 2017 18:24

Kasıb necə VARLANA BİLƏR? - Hər kəsi zəngin edəcək YƏHUDİ ÜSULLARI

21 Sentyabr 2017 18:23

İlham Əliyev Mali Prezidentini təbrik edib

21 Sentyabr 2017 18:23

Azərbaycan Premyer Liqasında VI turun hakim təyinatları açıqlanıb

21 Sentyabr 2017 18:22

Bakıda “Mübarizlər” yarışı keçiriləcək

21 Sentyabr 2017 18:19

Zakir Həsənov komandirlərə yeni tapşırıqlar

21 Sentyabr 2017 18:15

Şadlıq sarayında namaz qılmaq düzgündürmü? - VİDEO

21 Sentyabr 2017 18:13

Səngəçal terminalının genişləndirilməsi işləri 99,8% icra olunub

21 Sentyabr 2017 18:12

Nazirlər Kabinetində 2018-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinə baxılıb

21 Sentyabr 2017 18:12

Telefonlara ekran qoruyucusunu bu üsulla taxın

21 Sentyabr 2017 18:11

Mətanətin bu geyimi söz-söhbət yaratdı

21 Sentyabr 2017 18:09

Xarici işlər naziri Trampı təhqir etdi

21 Sentyabr 2017 18:08

Azərbaycan Prezidenti Mali dövlət başçısını təbrik edib

21 Sentyabr 2017 18:07

Qazaxıstan - Azərbaycan gənclər günlərinə star verildi - FOTOLAR

21 Sentyabr 2017 18:07

Türkiyə ordusu sərhədi keçdi

21 Sentyabr 2017 18:03

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü

21 Sentyabr 2017 17:59

Suriyadan atılan mərmi Türkiyə ərazisinə düşüb

21 Sentyabr 2017 17:59

Bakıda II “Bankçılıq Forumu” keçiriləcək

21 Sentyabr 2017 17:57

Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

21 Sentyabr 2017 17:57

Mister Bin: "Toni Bleyrin baş nazir olacağı ağlıma gəlməzdi" - MÜSAHİBƏ - FOTOLAR

21 Sentyabr 2017 17:53

"SOCAR Polymer" layihəsi üzrə işlər qrafikə uyğun irəliləyir

21 Sentyabr 2017 17:52

Mansuryanın yerinə Fatih Terim

21 Sentyabr 2017 17:48

Tom Kruz filmin çəkilişləri zamanı həlak olmuş təyyarəçilərin ölümündə qismən günahkar hesab edilir

21 Sentyabr 2017 17:47

SOCAR prezidenti Rövnəq Abdullayev Sumqayıtda olub

21 Sentyabr 2017 17:47

"Mançester Yunayted" klubu ötən mövsüm rekord məbləğdə gəlir götürüb

21 Sentyabr 2017 17:47

Toy iştirakçılarının başına oyun açan şəxs ələ keçdi - GÖRÜNTÜLƏR

21 Sentyabr 2017 17:44

Deputat Çingiz Qənizadə keçmiş həmkarını məhkəməyə vermək üçün vəkil tutub

21 Sentyabr 2017 17:42

Sumqayıtda qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücülərinə qarşı reyd keçirilib

21 Sentyabr 2017 17:42

Nazirlər Kabinetinin yeni strukturu

21 Sentyabr 2017 17:42

Qanunsuz sərnişin daşıyan Sumqayıt avtobuslarına qarşı REYD

21 Sentyabr 2017 17:39

Rusiya hərbiçilərini Suriyada kim satır? - ŞOK DETALLAR

21 Sentyabr 2017 17:38

Sumqayıtda restoranlardan toy zamanı mobil telefonları oğurlayan şəxs saxlanılıb

21 Sentyabr 2017 17:37

FIFA "Qarabağ"ın rəqibini istintaqa çəkəcək

21 Sentyabr 2017 17:37

"Kərkükün 90 faizinə PKK və Peşmərgə nəzarət edir"

21 Sentyabr 2017 17:35

Melaniya Trampın geyimi ETİRAZLA QARŞILANDI

21 Sentyabr 2017 17:33

"Erməni deputatlar sabah Bakıda olacaq" - RƏSMİ

21 Sentyabr 2017 17:29

Afaq Aslana elə bir cavab verildi ki...

21 Sentyabr 2017 17:29

Çingiz Qənizadə: “Hacı Qalibə məsuliyyətini dərk etməyi öyrədəcəm” - MÜSAHİBƏ

21 Sentyabr 2017 17:24

Manatın sabaha olan MƏZƏNNƏSİ

21 Sentyabr 2017 17:23

İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

21 Sentyabr 2017 17:22

İŞİD-dən azad olunan ərazilərdəki yüzlərlə azərbaycanlı barədə QORXUNC MÜƏMMA - FOTO

21 Sentyabr 2017 17:18

Manatın sabaha olan məzənnəsi

21 Sentyabr 2017 17:18

Rostov-Don şəhərindəki oteldə baş vermiş yanğın zamanı 1 nəfər həlak olub

21 Sentyabr 2017 17:17

“Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş polkovnikinə hökm oxunub

21 Sentyabr 2017 17:17

ABŞ-la Türkiyə arasında gərginlik artdı

21 Sentyabr 2017 17:13

"Dəmirbank" tender keçirir

21 Sentyabr 2017 17:12

14 % inflyasiya yüksəkdir...

21 Sentyabr 2017 17:09