Bakı-Quba yolunda maşın aşdı, 3 nəfər yaralandı

Bakı-Quba yolunda maşın aşdı, 3 nəfər yaralandı
18:32 8 Noyabr 2016
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Bakı-Quba-Rusiya federasiyası dövlət sərhədi yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

APA-nın verdiyi məlumata görə, qəza magistralın 70-ci kilometrliyində qeydə alınıb. "KİA" markalı maşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanların üçünün də qadın olduğu bildirilir.

Onlar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/487597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR