Vergilər Nazirliyi büdcə öhdəliyini açıqladı

Vergilər Nazirliyi büdcə öhdəliyini açıqladı
18:58 8 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu ilin 10 ayı ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 mlrd. 707 mln. 128 min manat vəsait daxil olub.

Publika.az nazirliyə istinadən xəbər verir ki, proqnoz tapşırığına 100,1% əməl edilib.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 4 mlrd. 310 mln. 845 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 247 mln. 477,8 min manat çoxdur.

Cari ilin yanvar-oktyabr aylarında respublika üzrə 105 605 vergi ödəyicisi qeydiyyata alınıb.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/175228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR