"Canımız Qarabağ, yazımız Qarabağ" adlı layihə çərçivəsində Tərtər ictimaiyyəti ilə görüş keçirilib

"Canımız Qarabağ, yazımız Qarabağ" adlı layihə çərçivəsində Tərtər ictimaiyyəti ilə görüş keçirilib
19:22 8 Noyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Yazarlar Klubu İctimai Birliyinin sədri Elçin Hüseynbəylinin həyata keçirdiyi  "Canımız Qarabağ, yazımız Qarabağ" adlı layihə çərçivəsində növbəti görüş Tərtər rayon ictimaiyyəti ilə olub.

Milli.Az olaylar.az-a istinadən bildirir ki,  Tərtər rayonundakı Heydər Əliyev Mərkəzində baş tutan görüşdə millət vəkili, yazıçı Aqil Abbas, yazıçı-publisist, "Olaylar" qəzeti və eyniadlı informasiya agentliyinin baş redaktoru Yunus Oğuz və şair Əbülfət Mədətoğlu iştirak ediblər. Əvvəlcə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Səbinə Yusibova bu kimi görüşlərin mühüm əhəmiyyət daşıdığını deyib. Bildirib ki, müxtəlif formatlarda təşkil edilən belə görüşlər sərhədyanı rayonların əhalisi arasında böyük ruh yüksəkliyi yaradır, xüsusilə gənc nəsildə vətənpərvərlik hissini artırır. Daha sonra tərtərlilər adından çıxış edən Qədir Tərtərli qonaqlara rayon ictimaiyyəti adından təşəkkürünü bildirib. O, qeyd edib ki, tərtərlilər hər zaman yüksək ruh yüksəliyinə malikdir və bu fakt özünü aprel döyüşlərində bir daha göstərdi. Daha sonra layihə rəhbəri Elçin Hüseynbəyli çıxış edib. Bildirib ki, layihənin məqsədi şair və yazıçıların cəbhə bölgələrinə səfərini təşkil etmək, ictimaiyyət nümayəndələri və hərbçilərlə görüş keçirməkdir. Qeyd edib ki, yazıçılar da dövlətimizə, ordumuza, cəbhə bölgələrində yaşayan insanlarımıza dəstək vermək üçün belə səfərlərdən istifadə etmək qərarına gəliblər. 

Tədbirdə çıxış edən millət vəkili Aqil Abbas qeyd edib ki, yazıçısından, hərbçisindən tutmuş ən sadə vətəndaşına qədər bütün ölkə əhalisi həmişə dövlətin yanında olub. Məhz bu amil imkan verir ki, dövlətimiz beynəlxalq alımdə öz prinspial mövqeyini nümayiş etdirə bilsin:"Biz də öz qələmimizlə Vətənə, dövlətə xidmət edirik. Hesab edirəm ki, kimliyindən  O, əmin olduğunu bildirib ki, Azərbaycanın itirilmiş torpaqları nəyin bahasına olursa-olsun işğaldan azad ediləcək. Sonda şair Əbülfət Mədətoğlu Qarabağla bağlı yazdığı şerlərini səsləndirib.

Qeyd edək ki, Elçin Hüseynbəylinin həyata keçirdiyi "Canımız Qarabağ, yazımız Qarabağ" adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR