Obamanın "qara" siyasəti - 10 ildə tökülən qanlar, devrilən rejimlər - FOTO

Obamanın "qara" siyasəti - 10 ildə tökülən qanlar, devrilən rejimlər - FOTO
19:57 8 Noyabr 2016
143 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyada elə hadisələr var ki, bir çox  xalq, millət və dövlət üçün maraqlıdır. Bütün dünya həmin hadisələrin sonunu böyük maraq və ümidlə gözləyir. Məsələn, ABŞ-da keçiriləcək prezident seçkiləri hər bir dövlət, xalq və millət üçün çox əhəmiyyətlidir.

Çünki dünyanın super gücü olan Birləşmiş Ştatlar dövlətlər arasında siyasi və iqtisadi münasibətlərə təsir edə bilir. Hər bir xalq öz problemlərinin həllinə ABŞ prezidentlərinin  təsir edə biləcəyinə düşünür.

Milli.Az missiya.az-a istinadən xəbər verir ki, dünya ABŞ-da prezidentliyə namizədlər Hillari Klinton və Tonald Tramp arasında rəqabəti həyəcanla izləyir və onlardan hansının qalib olacağını gözləyir. 2008-ci ildə Barak Hüseyn Obama da namizəd olanda insanlar eyni  həvəslə onun debatlarını izləyirdilər. Obamanın dəstəkçiləri arasında liderliyi isə müsəlmanlar və qaradərililər əllərində saxlayırdılar.

Çünki namizəd Barak Obama 1776-cı ildən bəri (müstəqil olduqdan sonra) Amerika Birləşmiş Ştatlarında prezidentliyə namizəd olan ilk afroamerikalı idi. Bir çox amerikalı düşünürdü ki, Obamanın prezident seçilməsi ilə ABŞ-da irqi ayrı-seçkiliyə son qoyulacaq. Seçki kompaniyası dövründə Barak Obama ölkədə zorakılıqların aradan qaldırılması üçün səy göstərəcəyini bəyan etmişdi. Bu isə irqi ayrı-seçkiliyə məruz qalan qaradərililərin ürəyinə "yağ" kimi yayılırdı. Onlar Obamanı əsirlər boyu apardıqları mübarizənin nəticəsi hesab edirdilər.


Martin Lüter Kinq - qaradərili ABŞ insan hüquqları müdafiəçisi və mitinq iştirakçıları

İslam dünyasının isə Barak Hüseyn Obamanın adındakı Hüseyn sözünə ümidləri böyük idi. Çünki seçki kompaniyası dövründə onun müsalman olması haqqında məlumatlar yayıldı. ABŞ-da prezidentlərin seçilməsinə təsir edən qüvvələr Obamanın müsəlman olması ilə bağlı məlumatları media vasitəsi ilə insanlara asanlıqla təqdim etdi.

Əlbəttə ki, ABŞ müsəlmanları gələcəkdə din qardaşlarının başına gələcəkləri bilmədikləri üçün Obamaya sevinclə səs verdilər. Barak da seçki təbliğatı zamanı çıxışlarında müsəlmanların ona olan ümidlərini doğruldacağını deyirdi. O, İraq və Əfqanıstandan ABŞ ordusunu çıxaracağını və regiona sülh gətirəcəyini bəyan edirdi. Obamanın bu çıxışları müsəlmanlanlara "əgər Obama müsəlmandırsa, dünyada islama qarşı baş verən ədalətsiziliyə dur deyəcək" fikirlərini ortaya atmağa əsas verirdi. 

Obamanın 2008-ci ildə keçirdiyi mitinqdən foto

İslam dünyası Obamanın sələfi Corc Buşdan tam fərqli siyasət yeridəcəyini düşünürdü.  Bu məqamda "sən saydığını say gör fələk nə sayır" misalı yerinə düşür. Obamanın qara dərisi  və müsəlman olması haqqında gəzən şaiyələr onun seçki komaniyasına böyük təsir gösdərdi. Böyük ustalıqla planlaşdırılmış senari nəticədə müsəlmanların və qaradərililərin yüksək dəstəyini qazanan Barak Hüseyn Obama Birləşmiş Ştatların 44-cü prezidenti oldu. Bununla da seçicilərə verilən vədlər elə vəd olaraq da qaldı. O, prezident seçildikdən sonra ABŞ-da iqçilik daha da şidətləndi. Müsəlman dövlətlərini isə xaus və dövlət çevrilişləri bürüdü. 2010-cu ilin dekabrından müsalman dövlətlərini "Ərəb Baharı" adı altında inqilab dalğası öz ağuşuna aldı.  


Ərəb baharının iştirakçıları

Sələfi Corc Buşdan fərqli olaraq, Barak Obama Gürcüstan və Ukranyada olduğu kimi  silahsız rəngli inqılablara yox, silahlı üsyanların yaradılmasına üstünlük verdi. ABŞ-ın birbaşa dəsdəyi ilə ərəb ölkələrini etirazlar dalğası bürüdü. Sabitlik və çiçəklənmə dövrü yaşayan Şimali Afrika və Yaxın Şərq ölkələrində bir anın içində xaus və anarxiya baş qaldırdı.  Üsyanlara səbəb kimi isə işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi gösdərilirdi. Xırda bir hadisəni böyüdən Avropa da təlim görən təxribatçı qruplar bütün ölkələri qana boyadılar.

Tunis 18 dekabr 2010-cu il - İlk qiyam 18 dekabr Tunisdə başladı. Məhəmməd Buəzizi özünü yandırması, ölkə miqyasında böyük etirazlar başladı. 1987-ci ildən hakimiyyətdə olan Zeynalabdin ben Əlinin devrilməsi zamanı baş verən qanlı toquşmalar  nəticəsində 223 nəfər öldü. 


Tunisdə döyüş meydanına çevrilən küçə

Misir 25 yanvar 2011-ci il - Misirdə də eyni senari təkrarlandı. 875 nəfərin ölümü  ilə nəticələnən etirazlardan sonra Hüsnü Mübarək  və Əhməd Şəfiq istefa verdi. Məhəmməd Mursinin rəhbərliyi ilə Müsəlman Qaradaşları partiyası hakimiyətə gəlsə də, ölkədə sabitlik yarada bilmədi. 2013-cü ildə Müdafiə naziri Abdülfettah el Sisi ölkədə sabitlik yarada bilməyən Misir höküməti devirdi.


Misirdə Məhəmməd Mursinin tərəfdarları

Liviya 17 fevral 2011-ci il - Liviyada da sakit başlayan etirazlar gözlənilmədən silahlı münaqişəyə çevrildi. Hazırda ölkədə demək olar ki,  mərkəzi hakimiyyət yoxdur.  Devrilən Müəmmər Qəzzafinin vaxtında işsizlik müavinətinin ayda 730 dollar, doğulan hər körpəyə 7000 min dollar olduğu Liviya da hazırda çox insanla acınacaqlı vəziyyətdə yaşayır. 


Liviyada müharibədən sonra dağılan binalar

Suriya 26 yanvar 2011-ci il - Suriyada 2011-ci ildən bəri hökümət qüvvələri, Rusiya, İran, Çinlə   ABŞ, Avropa Birliyi ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında davam edən qarşıdurma ölkəni xausa bürüyüb. Hazırda Suriyada  İŞİD, Əl-Nusra, Azad Suriya Ordusu, PKK terror təşkilatının Suriya qolu PYD/YPG və digər silahlı qruplar arasında qanlı döyüşlər gedir. Suriyada "Ərəb Baharı" öz məcrasından çıxdı. ABŞ-ın başçılığı ilə 60-dan çox dövlət 2014-ci ildən İŞİD terror təşkilatını məhv edə bilmirlər. 


Suriya və İraqda döyüşən İŞİD silahlıları

İraq və Suriyada baş verənlər Yaxın Şərqdə etnik və dini ayrı-seçkiliyi daha da qızışdırdı. Yaxın gələcəkdə regionda yeni ölkələrin peyda olacağı ehtimalı artmağa başladı. ABŞ-ın birbaşa dəstəklədiyi "Ərəb Baharı" Tunis, Misir, Liviya, Suriyaya nisbətən Oman, İordaniya, Livan, Bahreyn, Mərakeş, Yəmən və digər ərəb ölkələrində az itkilərə və hökümətlərin yenilənməsi ilə nəticləndi. İnqilablar ölkələrin iqtisadiyyatlarını tamamilə məvh etdi.

İraqa "Ərəb Baharı" gəlib çıxmasa da, İŞİD ölkənin yarısını ələ keçirdi. Terror təşkilatı İraq ordusu geri çəkildikcə, ABŞ-ın onlara verdiyi silahları qənimət kimi götürüb daha çox ərazilər tutmağa çalışdılar.  Regionda baş verənlə ən güclü müsəlman dövlətlərindən olan Türkiyədən də yan keçmədi. Türkiyənin sərhədlərində PKK terror təşkilatı ilə bərabər İŞİD-də gücləndi və Türkiyə şəhərlərində qanlı hadisələr törətməyə başladı. Suriya, İraq, Liviya və Əfqanıstanda davam edən silahlı münaqişələr nəticəsində son on ildə Türkiyə və Avropa ölkələri tarixinin ən böyük miqrant axını ilə üz-üzə qalıb. Aralıq dənizində o qədər miqrant öldü ki, insanlar dənizin adını "Ölüm dənizi" deməyə başladılar. 


Türkiyə-Suriya sərhəddində miqrantlar və hərbçilər arasında gərginlik

Barak Obamanın xarici siyasəti İslam dünyasını üçün uğurlu olmadı. O, seçki kompaniyası dövründə etdiyi çıxışlarda qeyd edirdi ki, ABŞ ordusunun ölkə xaricində hərbi əməliyyatlar keçirmə dövrü geridə qaldı. Düzdü o verdiyi sözə əməl etdi. Corc Buşdan fərqli olaraq qarışıqlıq yaratmaq üçün ölkələrə bir başa müdaxilə əvəzində dövlətlərdəki "beşinci kalonlardan" istifadə etdi. Əlbəttə ki, "beşinci kalonun" yaratdığı qarışıqlıqlar zamanı bir dənə də ABŞ əsgəri həlak olmurdu. Öləndə, öldürəndə eyni ölkənin vətəndaşı idi. Obamanın ABŞ prezidenti olduğu 10 il dünya üçün iqtisadi cəhətdən də yaxşı keçmədi. Rusiya ilə Ukrayna münaqişəsi ilə əlaqədar əks mövqedə dayanan ABŞ müxtəlif maxinasiyalarla neftin dünya bazarındakı qiymətlərini kəskin şəkildə aşağı saldı. Bununla da iqtisadiyyatı neftdən aslı olan Rusiya, Qazaxıstan, Venesuella, Azərbaycan kimi ölkələrdə iqtisadi çətinliklər yaşandı. Rəsmi Vaşinqton Rusiyanın dünyadakı təsirini azaltmaq üçün bir zamanlar düşmən olduğu Kuba, Vyetnam kimi ölkələrlə münasibətləri yaxşılaşdırdı.

Dünyanı iqtisadi və siyasi cəhətdən "cəhənəmə" çevirən  qara rəngli Obama siyasəti heç daxildə də rəngini dəyişmədi.  Azadlıqlar ölkəsi ABŞ-da  son illərdə bir neçə zorakılıq olayları ilə dünya gündəminin əsas xəbərinə çevrilib. Qaradərili Barak Obamaya ümid edən  afroamerikalılar heç düşünməzdilər ki, öz rənglərində birinin ABŞ prezidenti olduğu vaxt onlara qarşı hücumlar son dövrlərin ən yüksək həddinə çatacaq. 2009-cu ildə Oskar Qrant adlı qaradərili amerikalı Oklend şəhərində ağdərili polis tərəfindən vurulduqdan sonra ölkədə etiraz aksiyaları baş verdi. 


İrqi ayrı-seçkiliyə etiraz edən qaradərili

Bəzi aktivistlər diz üstü yerə çökərək polisə üsyan etdi və "Məni də vur" deyə qışqırdı. Son vaxtlar isə Baltimorda Freddi Qreyin qətli ilə əlaqədar baş verən nümaislərdə polisin etirazçılara qarşı törətdiyi zorakılıqlar Obama hakimiyəti dövründə ABŞ-da qara dərililərinin vəziyyətinin nə yerdə olduğunun bariz göstəricisidir. Afroamerikalılar ölkə əhalisinin 20 faizini təşkil etdiyi halda, türmədəkilərin 60-70 faizi onlardan ibarətdir. Bütün bunlar göstərir ki, ABŞ polisi qaradərililərin məhəllələrində gücləndirilmiş rejimdə çalışırlar və şübhəlilərə qarşı amansız olurlar. Yazılan faktlar ABŞ cəmiyyətində xüsusilədə dövlət strukturlarında qaradərililərə olan qərəzliliyi bir daha ortaya qoydu.

Barak Obamanın rəngidə iqçilik  probleminə bir çarə olmadı. Ümumilikdə isə Barak Obamanın hakimiyətdə olduğu bu illər ərzində dünyada son dövrlərin ən böyük müsəlman qırğınları, iqtisadi böhranlar və afroamerikalılara qarşı hücumlar artdı. Amma Barak Obama prezident seçiləndə onun rəngi qaradərililərdə, adındakı Hüseyn sözü isə müsəlmanlara bir stimul vermişdi. İndi reallıq odur ki, müsəlman dövlətləri İŞİD gülləsinin, ABŞ qaradərililəri isə polis gülləsinin əlində əsir qalıblar. Hər iki güllə isə "Obama silahından" çıxır.

Dünya xalqları yeni ABŞ prezidentini səbrsizliklə gözləyirlər. Amma Ağ Evin yeni rəhbərinin də ABŞ-ın qlobal maraqları üçün çalışmayacağına heç kimi təminat vermir. Müşahidələr göstərir ki, ABŞ-ın qlobal maraqlarının təməllərində isə qorxu, şiddət və rejimlərin devriləsi dayanır. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bill Geytsdən Ctrl+Alt+Delete etirafı

23 Sentyabr 2017 13:23

Uşaqların ən gülməli anları

23 Sentyabr 2017 13:23

ÇİN: Zavodda partlayış

23 Sentyabr 2017 13:18

DİQQƏT: İstirahət günü hava yağışlı olacaq

23 Sentyabr 2017 13:10

"CBC Sport"un rəhbəri evlənir: toy harda olacaq? - FOTO

23 Sentyabr 2017 13:07

Müğənni 61 yaşlı məşhur aparıcıdan hamilə qaldı, 5 min dollar alıb BUNU ETDİ

23 Sentyabr 2017 13:03

İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyədə səfərdədir

23 Sentyabr 2017 13:02

Hərbi təlimlərlə bağlı son məlumat

23 Sentyabr 2017 12:59

Elmar Məmmədyarov Bruno Leingkone ilə görüşdü

23 Sentyabr 2017 12:58

“Cənubtikintiservis”in səhmləri bu il 14% bahalaşıb

23 Sentyabr 2017 12:57

Qalın gödəkçələri evdə təmizləməyin 7 QIZIL QAYDASI

23 Sentyabr 2017 12:53

Sabah ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Bakıya səfəri başlayır

23 Sentyabr 2017 12:52

Qadınları satan Vəfa kimdir?

23 Sentyabr 2017 12:52

Bakıda qoyun oğruları tutuldu

23 Sentyabr 2017 12:49

Aygünün qızı anasının konsertinə bu geyimdə GƏLDİ - FOTOLAR

23 Sentyabr 2017 12:48

Nazarov 90 dəqiqə oynadı

23 Sentyabr 2017 12:47

Millimizin heyəti açıqlandı

23 Sentyabr 2017 12:47

Azərbaycanlı futbolçu Almaniyada het-trik etdi

23 Sentyabr 2017 12:47

Çindən gözlənilməz addım

23 Sentyabr 2017 12:45

“CBC Sport”un rəhbəri boşandığı qadınla təkrar evlənir - Toy səfirlikdə olacaq

23 Sentyabr 2017 12:44

Lütfi Zadənin dəfninin təşkili Hacıbala Abutalıbova tapşırılıb

23 Sentyabr 2017 12:39

Şəhərin mərkəzində BİABIRÇILIQ: hamının gözləri qarşısında CİNSİ ƏLAQƏYƏ GİRDİLƏR - FOTO (18+)

23 Sentyabr 2017 12:38

Robot stomatoloq ilk əməliyyatını edib

23 Sentyabr 2017 12:35

2020-ci ildə Yer kürəsi sakininin hər birinə 4 internetə qoşulan qurğu düşəcək

23 Sentyabr 2017 12:35

“SOCAR Methanol” builki istehsal planının 80%-ni yerinə yetirib

23 Sentyabr 2017 12:32

ABŞ prezidentinin oğlu "Di Si Yunayted" klubunun uşaq komandasında futbol oynayır

23 Sentyabr 2017 12:32

Doğuş çatlarını azaldan təbii üsullar

23 Sentyabr 2017 12:30

Azərbaycan və Türkiyə döyüş təyyarələrinin TƏLİM GÖRÜNTÜLƏRİ - VİDEO

23 Sentyabr 2017 12:28

Sabah hava NECƏ OLACAQ?

23 Sentyabr 2017 12:23

İtkin düşən 13 yaşlı oğlanın axtarışları davam edir

23 Sentyabr 2017 12:19

ABŞ-ın bir addımlığındakı Rusiyanın MƏXFİ ÖLÜM BAZASI: kabus şəhər HAQDA BİLMƏDİKLƏRİNİZ - FOTO

23 Sentyabr 2017 12:18

Yeni Zelandiya parlamentinin üzvlüyünə azərbaycanlı namizəd: "Azərbaycanla əlaqələrin inkişafı üçün çalışacağam"

23 Sentyabr 2017 12:17

"Azərbaycan işğalla heç vaxt barışmayacaq" - Məmmədyarov

23 Sentyabr 2017 12:14

Vergilər “nazir”inə qarşı SUİ-QƏSD EDİLDİ

23 Sentyabr 2017 12:13

Masallıda məktəb binasını şadlıq sarayına çevirirlər?

23 Sentyabr 2017 12:09

"Baladadaşın toy hamamı" başlayır

23 Sentyabr 2017 12:09

Şimşək çaxacaq, yağış yağacaq - SABAH

23 Sentyabr 2017 12:04

Müdafiə Nazirliyi “TurAz Qartalı - 2017” birgə taktiki təlimlərinin görüntülərini yayıb

23 Sentyabr 2017 12:02

“Ziraat Bank (Azerbaijan)”ın Müşahidə Şurasının tərkibi tam yenilənib

23 Sentyabr 2017 12:02

Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb

23 Sentyabr 2017 12:02

"MOYKA"da rəzalət - işçini oturacağa bağlayıb...

23 Sentyabr 2017 12:02

Öskürəyin qarşısını almağın ən sadə və FAYDALI YOLU

23 Sentyabr 2017 11:58

Yevlaxda 33 yaşlı kişi yaralı vəziyyətdə su kanalından tapılıb

23 Sentyabr 2017 11:57

“TurAz Qartalı - 2017” təlimi davam edir - VİDEO

23 Sentyabr 2017 11:54

6 illik ərini cavan oğlana dəyişən TUBA BÜYÜKÜSTÜN haqqında YENİ İDDİA – FOTO

23 Sentyabr 2017 11:53

VİDEO: Dayə 9 aylıq uşağa işgəncə verdi

23 Sentyabr 2017 11:52

Azərbaycan nefti yenidən

23 Sentyabr 2017 11:49

Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdü

23 Sentyabr 2017 11:48

Türkiyə qırıcıları PKK düşərgələrini vurdu

23 Sentyabr 2017 11:45

Bakıda 11 dilənçi saxlanılıb

23 Sentyabr 2017 11:44