Şəhid ailəsinin evi külə döndü - FOTO

Şəhid ailəsinin evi külə döndü - FOTO
20:05 8 Noyabr 2016
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayonunda şəhid ailəsinə məxsus fərdi yaşayış evi yanıb.

Milli.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Qarğalıq kəndində baş verib.

Belə ki, həmin kənddə yaşayan Cavid Hilal oğlu Tağıyevə məxsus ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə dönüb. Yanğın zamanı xəsarət alan olmasa da, 6 otaqlı yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xaçmaz Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. İlkin ehtimallara görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/487607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR