Azərbaycan klublarını Rusiya çempionatına çağırırlar

Azərbaycan klublarını Rusiya çempionatına çağırırlar
20:57 8 Noyabr 2016
106 İdman
Ölkə mətbuatı
A- A+

"Yüksək səviyyəli xarici klublar Rusiya Superliqasında çıxış etmək istəsələr, ölkə çempionatının formatı dəyişdirilərək beynəlxalq liqaya çevriləcək. Belə liqanın başlamasını müzakirə edirik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "rsport.ru"ya Ümumrusiya Voleybol Federasiyasının qadın voleybolu üzrə kuratoru Vladislav Fadeyev deyib.

Bakı klublarının bərbad vəziyyətdə olan Super Liqamızdan qurtulmaq variantı yaransa da, Azərbaycan Voleybol Federasiyası belə imkandan yararlanmayıb. Qurum rəhbərliyi 4 komandadan ibarət Super Liqanı yaşatmaq naminə klublarımızın önündə açılan üfüqləri bağlayıb. Söhbət təmsilçilərimizin açıq Rusiya çempionatında qüvvəsini sınamasından gedir.
 
Məsələ ondadı ki, Avropanın ən yaxşı komandaları sırasında olan "Azərreyl"lə "Telekom" rusiyalıların yaratmaq istədiyi yeni liqada qüvvəsini sınamaq imkanına malik olub. Fadeyevin sözlərinə görə, bu ideya hələ bitməyib və şimal qonşularımız keçmiş SSRİ təmsilçilərinin iştirakı ilə beynəlxalq turnirin keçirilməsində maraqlıdı: "Bunun müsbət və mənfi tərəfləri də var. Bizim üçün bu maraqlı təcrübə olacaq. Əgər Azərbaycan, Belarus və Qazaxıstanda bizim çempionatımızda oynamaq istəyən klublar olsa və onlar bu yarışın səviyyəsinə uyğun gəlsə, məsələni müzakirə edəcəyik. Hətta bizim də bunu razılaşacağımızı düşünürəm".
 
Fadeyev Azərbaycan tərəfi ilə danışıqlar aparıldığını, lakin müsbət nəticə əldə olunmadığını da təəssüflə qeyd edib: "Bizə zəif klubların çempionatımıza gəlməsinin heç bir marağı yoxdu. Belə də artıq xərc çəkib səfərə getmək də mənasızdı. Bizə elə komanda lazımdı ki, klublarımızla rəqabət aparsın. Bu səbəbdən də Superliqaya qatılmaq üçün xahiş edən Belarusun istəyini dəyərləndirmədik. Əvəzində Azərbaycanla açıq çempionat keçirməyi müzakirə etdik. Lakin onlar bu ideyadan imtina etdi. Belarusda isə bizə lazım olan səviyyə olmadığından belə yarış alınmır. Lakin bu maneələr aradan qaldırılsa, yenidən danışıqlarımızı davam etdirəcəyik. Kişilər arasında təşkil olunan Superliqada da belə təcrübəmiz var".
 
Qeyd edək ki, kişi voleybolçuların Rusiya çempionatında Xarkov "Lokomotiv"i (2011/2012 - 2013/2014), Soliqorsk "Şaxtyor"u (2012-2013, 2013/2014) və Minsk "Stroitel"i (2011-2012) çıxış ediblər.
 
Şimal qonşularımız digər idman növlərində, məsələn hokkeydə də bu tip çempionatların təşkilatçısıdı. Qitə Hokkey Liqası adlanan yarışda isə Belarus, Latviya, Slovakiya, Finlandiya, Qazaxıstan, hətta Çin kimi ölkələr mübarizə aparır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR