Avtomobil hərracında bənzərinə heç rast gəlinməyən bir hadisə yaşanıb. 500 dollardan başlayan qiymətlərlə satışa çıxarılan mühərriki belə olmayan Pontiac LEMANS markalı avtomobil 226 min dollar satılıb.
Pontiac LEMANS Tempest, paslı və yararsız olmasına baxmayaraq avtomobil həvəskarları tərəfindən böyük maraq göstərilib. Tək damdan ibarət olan maşının dəyəri bir həftədə 450 dəfə bahalaşıb.