Yeniyetmə ilə düzgün rəftarın yolları

Yeniyetmə ilə düzgün rəftarın yolları
21:17 8 Noyabr 2016
153 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeniyetmə dövrü elə dövrdür ki, uşaqlarda qəribə azadlıq istəyi yaranır. Onlar çalışırlar ki, hər nəyin bahasına olursa-olsun azad olsunlar. Bəzən qanunlara riayət etməkdə problemlə üzləşirlər. Ona görə də bəzən xoşagəlməz rəftarlar nümayiş etdirirlər.

O zaman ki, valideyn övladının yalan danışdığını hiss edir, qəzəb, narahatlıq və nigaranlıq hiss edir. Onunla pis rəftarınız bu işə kömək etməz. Bəzən şəraitin pisləşməsinə də gətirib çıxardır. Aralarında kəskin problemlər baş verər.
Valideyn bu zaman nə etməlidir ki, yeniyetmə yalan danışmasın? İlk növbədə valideyn bu yalanın kökünün haradan gəldiyini araşdırmalıdır. Bəzən valideynlər övladlarını kontrol etmək üçün onlara münasib olmayan rəftarlar nümayiş etdirirlər. Ancaq valideyn əgər yeniyetmənin həqiqətlərini və ehtiyaclarını dərk edə bilsə, öz əsəblərini daha rahat cilovlaya bilər.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, yeniyetmə dövrünün ehtiyaclarından biri - azad olmaqdır. O zaman ki, yeniyetmə başa düşür ki, valideyni onun hansısa istəklərinə qarşı müxalifdir, valideyn tərəfindən şiddətli məhdudiyyət qarşısındadır, bu zaman o, öz qaydalarından istifadə etməyə başlayar. Bu dövrdə yeniyetmə valideyndən ayrılmaq üçün daha meylli olur. O, bu cür öz şəxsiyyətini formalaşdırmaq istəyir. Onlar öz dünyalarını qurub və bu dünyada üstün olmaq istəyirlər. Ona görə də yeniyetmədə bağlılıqdan azadlığa doğru meyl birdən meydana gələ bilər. Bu halda valideyn münasib rəftar göstərməsə, çox sayda problemlə üzləşir. Bu cür uşaq belə fikirləşir ki, valideyn onunla sərt rəftar edir və onun özünü müdafiə etməsi üçün heç bir söz deməyə haqqı yoxdur. Ona görə də bəzən yalana əl atır.
Ancaq əgər valideyn agahlı olarsa, yeniyetmənin bu azadlıq tələb edən dövrünü müvəffəqiyyətlə arxada qoya bilər. Həyat fəaliyyətlərini valideyinin nəzarəti ilə davam etdirə bilər. Valideyn də öz növbəsində yeniyetməyə lazımlı qədər azadlıq verməlidir.
Bununla yanaşı valideyn yeniyetməsi ilə oturub söhbət etməlidir. Aralarında olan münaqişə haqqında söhbət etməli, ona deməlidir ki, artıq böyüdüyünü hiss edir. Bu işi səmimi qəlbdən edin. Bu zaman yeniyetmə sizinlə dərdləşəcəkdir.
Əlbəttə, valideyn qoyduğu bütün qayda-qanunları görməməzliyə vurmamalıdır. Bu qanunları və məhdudiyyətləri yaş həddinə uyğun təyin etməlidir. Onlara riayət etməyən zaman cəza da müəyyən etməlidir. Bununla yanaşı, övladına təlqin etməlidir ki, insan həmişə düz danışmalıdır və yalan danışmaq valideyni çox narahat edir. Valideyn elə bir şərait yaratmalıdır ki, övladı yalan danışmasın.
Əgər sizin qayda-qanunları yenə də görməməzliyə vurarsa, onu cəzalandırın. Ancaq bu tənbehi yalan danışdığı üçün deyil, qanunlara riayət etmədiyi üçün edin. Çünki yalanla mübarizə aparmağa qalxsanız, nəticə verməyəcəkdir. Aranızda olan hörmət pərdəsini aradan aparacaqdır. Övladı başa düçəcəkdir ki, bu evin qanunları vardır və valideyni də onu başa düşür və bilir ki, böyüyübdür. Ona görə də yalan danışmaq üçün bir daha enerjisini sərf etməyəcəkdir.
Valideyn pis əxlaqını kənara qoyub, övladına qarşı daha diqqətli olmalıdır. Övladına elə məhdudiyyətlər qoymalıdır ki, onu icra edə bilsin. Axı o, yeniyetmədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR