Yuxusuzluq kökəldir

Yuxusuzluq kökəldir
21:47 8 Noyabr 2016
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Yuxusuzluq çox ciddi bir mövzudur. Orqanizmin istirahəti insanın fəaliyyətlərinə təsir göstərir.

İngilis mütəxəssislərin apardıqları araşdırmalar nəticəsində kifayət qədər yatmayan insanların hormonlarında mühüm dəyişikliklərin olduğu müəyyən edilib.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, yuxusuzluq halında olan insanlar daha çox yemək yeyirlər və xüsusən karbohidrogen qəbul etmək istəyirlər.
Mütəxəssislər, 5 saatdan az yatan insanların lazım olan səviyyədən daha çox kalori qəbul edərək sürətlə kökəldiklərini bildirib.
Bədən saatının istirahətinin lazım olduğunu izah edən mütəxəssislər, yuxusuzluğun bir çox ciddi xəstəliyə də yol açdığını söylədilər.
Bu səbəbdən yuxunuz gələndə yatmağınız vacibdir.
Əks halda səhhətiniz ziyan görəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR