"Mazda" qoyun sürüsünə girdi

"Mazda" qoyun sürüsünə girdi
22:13 8 Noyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində avtomobil qoyun sürüsünə çırpılıb.

APA-nın qərb bürosunun xəbərinə görə, Gəncə şəhər sakini Nizami Quliyevin idarə etdiyi “Mazda” markalı avtomobil yolu keçən qoyun sürüsünə çırpılıb. Nəticədə Könüllü kənd sakinlərinə məxsus 150 baş xırda buynuzlu heyvandan 26-sı tələf olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR