Bakıda fəhlə lift şaxtasına düşərək ölüb

Bakıda fəhlə lift şaxtasına düşərək ölüb
22:39 8 Noyabr 2016
104 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonu ərazisində 59 yaşlı kişi lift şaxtasına düşərək ölüb.

 

“Report”un xəbərinə görə, rayonun A.M.Şərifzadə küçəsində inşa edilən hündürmərtəbəli binada fəhlə işləyən 1957-ci il təvəllüdlü Beytulla Hümbətov lift şaxtasına yıxılıb.

 

Zərərçəkən aldığı xəsarətlərdən hadisə yerində keçinib.

 

Tikinti işlərinin “İlqar-Company” MMC tərəfindən aparıldığı bildirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR